Modern.az

Vüqar Rəhimzadə: "İki sahil"də jurnalist məsuliyyətinə daim ciddi yanaşılır"

Vüqar Rəhimzadə: "İki sahil"də jurnalist məsuliyyətinə daim ciddi yanaşılır"

16 Oktyabr 2009, 20:19

“İki sahil” qəzetinin 5000-ci sayı işıq üzü görüb. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə deyir ki, "İki sahil"in yaradıcı kollektivi jurnalist məsuliyyətinin son dərəcə vacib bir keyfiyyət olmasını daim öz üzərində hiss edir.
V.Rəhimzadınin sözlərinə görə, “İki sahil” qəzeti yarandığı gündən KİV-in qarşısında duran əsas vəzifələri yerinə yetirməkdədir: "Qəzetin kollektivi söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyi heç vaxt özünə rəva bilməyib".
Baş redaktor bildirib ki, qəzetin 5000-ci sayına diqqət yetirındə görmək olar ki, “İki sahil”in keçdiyi yol dövlət müstəqilliyinin 18 ilinin tarixidir. V.Rəhimzadə bildirib ki, mətbuat bu gün öz mütərəqqi ənənələrini davam etdirməli, cəmiyyətdəki problemləri və nöqsanları ictimai müzakirəyə çıxarmalı, demokratik proseslərin fəal iştirakçısı olmalıdır: "Biz həmişə yeni, müasir Azərbaycanın qurucularının önündə getdiyimiz kimi, bundan sonra da öz qələmimizlə ölkəmizin daha da inkişafına, iqtisadi qüdrətinin artmasına xidmət edəcəyik!"
 Xatırladaq ki, “İki sahil” qəzeti 1965-ci ildə “Zavod həyatı” adı ilə fəaliyyətə başlayıb. Qəzet 1991-ci il iyulun 10-dan “İki sahil” adı altında müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətini davam etdirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir