Rauf Arifoğlu 23 iyul 1966-cı ıldə Tovuzun Yuxarı Öysüzlü kəndində anadan olub. Həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq “Birlik dərgisi”ni çap etdirib. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın başqan müavini olub. İndi isə partiyanın sıravi üzvüdür. İyirmi ildir “Yeni Müsavat”ın baş redaktorudur. Evlidir, 3 övladı var.
Bir yaşlarımın şəklidi, atamın qucağında böyük bacım Nüşabədir, mən anamın qucağındayam. Solumdakı isə qonşumuzdur |
Bacım Nüşabə ilə |
Soldan birinci mənəm, sonra bacım Lətafət, Azər Ayxan və böyük bacım Nüşabə |
Beşinci sinif şəklimdi, anamla |
Sinif yodaşım Ehtimal adını doğrultdu və indi güclü riyaziyyatçıdır |
Bu da pioner olduğum günlər |
IX sinifdə hərbi hazırlıq fənnində məşğələ zamanı |
Tələbəlik illəri, Gəncə, hərəkata qoşulmayan tələbə yoldaşlarımla əlaqəm yoxdu |
Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasından olan döyüşçülər. Onlardan bir neçəsi dünyasını dəyişib. Allah rəhmət eləsin |
Bu şəkil Azadlıq meydanında çəkilib. Hatəminin Qızılbaşlarıdır |
1992-ci il, İsa Qəmbər spiker idi, Müsavat Partiyası İçərişəhərdə iməcilik edirdi, biz aradan çıxıb dənizin kənarına çay içməyə getdik |
1998-ci il, qəzetlərin kütləvi şəkldə məhkəmələrə verildiyi vaxtlar, bütün vaxtımızı belə mənasız şeylərə verməli olurduq |
Türk dünyasının ölməz ismlərindən olan Dövlət Baxçalı baş nazirin birinci müavini olarkən çəkdirmişik bu şəkli |
Strasburqdayıq. Avropa Şurasına daxil olmaqla bağlı Azərbaycanın ərizəsi müzakirə olunur. Elə bilirdik, o quruma qəbul olunsaq, problemlərimiz həllini tapacaq... |
Bu da həmin vaxt lentə alınıb. |
Avropa Şurasına getmişdik |
|
Avropa Şurasına qəbul olunmuşuq |
Mətbuatla bağlı tədbirlərin birində |
Təxminən on il əvvəlin şəklidi, "Yeni Müsavat"ın redaksiyası, qızlarım Dünya, Aytən və xanımım |
Naxçıvanda Mömünə Xatun türbəsinin önündə Yeni Müsavatçılarla |
Bu şəkildə danışıb eləmirik, rəhmətlik Alim dedi ki, özünüzü danışan kimi göstərin, şəkil canlı alınsın, biz də özümüzü qoyduq artistliyə |
Baki-Tiflis-Ceyhan neft kəmərinin aşılışı...Biz də Adanada-Türkiyədəyik |
Həccdən qayıdıram |
Həcc ziyarətindən qayıdanda getdiyim adam olmadığımı dərk elədim. Həyata baxışım tamam dəyışmişdi... |
Bir qrup redaktor İrana getmişdik. Bu adamlar biz getdiyimiz məscidin önundə divarın dibində oturmuşdular, nə məssəbə qulluq etdiklərini bilmədim, qəfildən onlara mənimlə şəkil çəkdirməyi təklif etdim və cavablarını gözləmədən şəkil çəkdirdim |
Birinci dəfə həbsdən çıxanda məni ilk qarşılayanların başında Gündüz Tahirli idi |
Möhsün Yazıçıoğlu ilə onun iş otağında görüşdük |
2005 –ci ilin parlament seçkiləri ərəfəsi- polislə əlbəyaxa |
Şəkiyə rəhmətlik Bəxtiyar Vahabzadənin ziyarətinə getmişdim |
Süleyman Dəmirəllə çoxsaylı şəkillərdən biri, 1999-cu il |
İranda Səttarxanın büstü önündə şəkil çəkdirməyi özümə borc bildim |
İranda olanda Gündüzlə gizlin aradan çıxıb Çöhrəqanlının evinə getdik, onda Çöhrəqanlı həbsdə idi |
Mürşüd Məmmədli, Bəxtiyar Vahabzadə, mən, Şirməmməd müəllim, Famil Mehi. 2000-ci ildə həbsxanada yazdığım kitabın təqdimatı, rəhmətliklər böyük insanlar idi... |
2005-ci ilin parlament seçkiləri... Namizəd kimi Nardaran kəndinə əhali ilə görüşə getmişəm |
Narıncı inqilab olmadı... |
Müsavat başqanı ilə birgə |
Həbsxana - adamın ailə üçün öldüyü, öləndən sonra dost-tanışın ailənə, sənin məzarına münasibətinin göründüyü yerdir... |
Türmədə İqbal bəy heç vaxt əlini bu caydandan götürməzdi, onu yaman qoruyurdu. Elə bilirdi kimsə onu çırpışdırmağa girəvə axtarır... |
Pənah Hüseynlə hətta bir neçə ömür də yol getmək olar. Lap türmə həyatı olsun, ora öyrəşdinsə, ayrılanda çox darıxırsan...Elə bil orada nəyinsə qalıb... |
Onu da deyim ki, həbsxanada 7-8 kilo kökəldim... Axır vaxtlar başımızı bir az buraxmışdılar...Orada adam bir də yaxşı yaradıcı olur... |
Sərhədsiz Reportyorların rəhbəri Robert Menar həbsxanaya yanıma gəlmişdi. Sən demə elə zənn edirmış ki, məni azad etdirəcək... |
"Yeni Müsavat"da debat- Pənah Hüseynlə Sirus Təbrizli biri-birini qırır |
|
|