28 Aprel 2021 | Ana Səhifə - Yazılar
Baydenin sözləri debil erməniləri sevindirməsin…

Elçin Alıoğlu


ABŞ prezidenti Co Baydenin aprelin 24-dəki bəyanatında "erməni soyqırımı" ifadəsini işlətməsi ilə bağlı ermənilərin eyforiyasının tam absurd olduğu barədə son dəfə yazım.

Baydenin "soyqırım" deməsi heç nəyi dəyişən deyil, dəyişə də bilməz.

Çünki...

Baydenin dediyi onun və onu dəstəkləyən qüvvələrin mövqeyidir. Nə tarixlə əlaqəsi var, nə insan haqları ilə, nə beynəlxalq hüquqla.

ABŞ prezidentinin açıqlamasını "Ara, eli, Bayden dedi, Türkiyəyə qarşı sanksiyalar olacaq, 1915-ci ildəki hadisələrə görə türklərdən təzminat ala biləcəyik" təki anlayan debil ermənilərə - əslində, ermənilərin total əksəriyyətində debilizm təzahürləri var - isə sevinməyi əsla məsləhət görmürəm.

Baydenin bəyanatının heç bir hüquqi nəticələri ola bilməz.

Qondarma "erməni soyqırımı"nını hüquqi müstəvidə tanınması üçün ilkin və qaçılmaz mərhələ qismində ona BMT Baş Assambleyasının 1948-ci ilin dekabrın 9-da Parisdə qəbul etdiyi, 1951-ci ilin yanvarın 12-də qüvvəyə minmiş "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyasının şərtlərinin tətbiq, habelə tövsif olunması gərəkdir.

Ermənilərin qondarma "soyqırım"ın 1915-ci ildə törədildiyini iddia etmələrini, sözügedən konvensiyanın isə 1951-ci ildə qəbul olunduğunu nəzərə alsaq, hüquqi kazus göz qabağındadır.

Belədə qanunun əksinə işləməsi prinsipi, yəni retroaktivliyi işə düşə bilərmi?

Qanunun retroaktivliyi prinsipi sadə məsələdir: qanunun və ya digər hüquqi normanın onun qəbul edilərək qüvvəyə minməsindən əvvəl baş vermiş hadisələrə tətbiqi nəzərdə tutulur.

İstisna yəhudi soyqırımı Holokostla bağlıdır ki, səbəb bəsitdir: Nürnberq tribunalında Holokostun törədilməsi tam sübuta yetirilib.

Ermənilərin "soyqırım" iddiaları ilə bağlı qanunlar deyir ki, soyqırım qismində dəyərləndirilən və ya iddia edilən istənilən olay məlum konvensiyanın qüvvəyə mindiyi vaxtadək, yəni 1951-ci ilədək törədilibsə, o, hüquqi baxımdan soyqırım sayılmır.

Ermənilərin iddialarının hüquqi müstəvidə baxışa qəbul edilməsi üçün qondarma "soyqırım"ın 1951-ci ilin yanvarın 12-dən sonra "törədilməsi" vacib şərtdir.

Bu olmadığı üçün Co Baydenin bəyanatı, amerikalı senatorlarla konqresmenlərin qətnamələri və ya hər hansı başqa kağız parçası ABŞ-ı dövlət səviyyəsində erməni iddialarını tanımağa hüquqi prosedurlar çərçivəsində sövq edə bilməz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv