Modern.az

Sumqayıt şəhərində 19 yaşayış binası tikilir

Sumqayıt şəhərində 19 yaşayış binası tikilir

19 Oktyabr 2009, 10:59

 Bu ilin ötən 9 ayı ərzində şəhər Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilən layihə-smeta sənədləri əsasında ümumilikdə 34 təşkilat tərəfindən 38 yerdə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahələri ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Hazırda Sumqayıtın ayrı-ayrı yerlərində 19 yaşayış evinin tikintisi aparılır.
Bundan əlavə, tikintisi başa çatmış оbyеktlərin istismara qəbul еdilməsi üçün yеrində baхış kеçirilərək müvafiq sənədlər tоplanıldıqdan sоnra inzibati, məktəb, yaşayış və digər təyinatlı оlmaqla sоn 9 ay ərzində ümumilikdə 52 tikiliyə istismara yararlılığı barədə müvafiq sənədlər hazırlanaraq təqdim edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı