Modern.az

Dünyanın internet şəbəkəsində 230 milyondan çox sayt var

Dünyanın internet şəbəkəsində 230 milyondan çox sayt var

19 Oktyabr 2009, 16:07

İnternet-məkanın qlobal monitorinqini aparan Netcraft tədqiqat şirkətinin məlumatına görə, 1 oktyabr 2009-cu il tarixinə olan vəziyyət üzrə internetdə 230 443 449 sayt fəaliyyət göstərib və bu resursların əksəriyyəti Apache açıq veb-serverin idarəsi altında işəyir. Netcraft-ın bu istiqamətdə təqdim etdiyi hesabatında bildirilir ki, 2009-cu ilin 10 ayı ərzində saytların sayı şəbəkədə elə də çox dəyişməyib. Belə ki, cari ilin yanvar ayında internetdə cəmi bir ay ərzində təxminən 20 milyon yeni sayt qeydə alınandan hər sonrakı ayda yeni resursların artımı təqribən bir milyon sayt təşkil edib. Hesabata əsasən son 30 gün ərzində ən çox sayt yeni Apache serverində qeydə alınıb – 2,6 milyon yeni resurs.
Hesabat dövrü ərzində şəbəkədə ikinci və ya üçüncü dərəcəli domenlərdə cəmi 4,3 milyon yeni sayt və bloq olub ki, bu da ötən ayların fonunda olduqca çoxdur. Qlobal Şəbəkədə saytların sayının bu cür artımı yay məzuniyyətlərinin bitməsi və bütün dünyada insanların ofislərdə işlərinə qayıtması ilə əlaqələndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi