Modern.az

Deputat Musa Quliyev Dövlət Yol Polisinə müraciət etdi

Deputat Musa Quliyev Dövlət Yol Polisinə müraciət etdi

19 Oktyabr 2009, 18:48

“Bakıda yollarda ciddi tıxac problemi var. Gəlin maşınları isə adətən insanların işdən çıxan vaxtına təsadüf edir. Bəzən elə vaxt olur ki, gəlin aparan maşını 50 avtomobil müşaiyət edir. Müşaiyət edənlərin çoxu isə gənclərdir"

”-deyə millət vəkili Musa Quliyev bildirib. Onun özlərinə görə, toy kortejini müşaiyət edənlər sanki yarışa çıxırlar: “Əvvəllər belə mərasimlərdə cıdırlarda at yarışı olardı. Məqsəd də bəylə gəlinin nəmərinə yiyələnmək idi. Axı maşın at deyil. Modern.az vasitəsilə Dövlət Yol Polisinə müraciət edirəm. Şadlıq evləri ilə müqavilə baglansın, yaxud da onlara təlimat verilsin ki, hər gəlin maşınını yollarda tıxac yaratmayacaq sayda maşın müşaiyət eləsin. Həmin gəlin maşınının öndə bir, arxada bir polis maşını müşaiyət eləsin, onlar “miqalkalarını” yandırsınlar. Sadlıq evləri bunun əvəzində vergi ödəsinlər. Belədə toy öncəsi bədbəxt hadisələrin qarşısı da alınar”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi