Modern.az

"Azercell" yeni kampaniyaya başlayıb

"Azercell" yeni kampaniyaya başlayıb

19 Oktyabr 2009, 19:10

“Azercell” şirkəti “70 günə 70 avtomobil” kampaniyasına start verib. Modern.az adıçəkilən şirkətə istinadın xəbər verir ki, oktyabrın 18-dən dekabrın 26-dək davam edəcək kampaniya çərçivəsində keçirilən lotoreyada hər gün 1 ədəd “Nissan Sunny” avtomobili oynanılacaq. Kampaniyanın iştirakçısı olmaq üçün abonent 2727 qısa nömrəsi vasitəsilə göstərilən xidmətdən istifadə etməlidir. Bu xidmət vasitəsilə abonent öz telefonuna “divar kağızı” yükləmək üçün həmin nömrəyə qısa mesaj göndərir və kampaniyanın iştirakçısına çevrilir. Bundan sonra 2727 nömrəsindən abonentə şifrə və internet səhifəsinin ünvanı göndərilir ki, bunların vasitəsilə abonent müvafiq “divar kağızını” telefonuna yükləyə bilər. 2727 nömrəsinə göndərilən SMS-ə görə tarif fakturalı xətt abonentləri 1manat (ƏDV xaric), fakturasız xətt abonentləri üçün isə 350 kontur təşkil edir. Dekabrın 27-dək 70 ədəd “Nissan Sunny” avtomobilinin sahibini müəyyənləşdirmək üçün 70 tiraj keçiriləcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi