Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçiriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçiriləcək

20 Oktyabr 2009, 11:08
Gələn həftə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Kollegiya iclası keçiriləcək. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda üç əsas məsələ müzakirə ediləcəkdir. Belə ki, Abşeron rayonunda dövlət şəhərsalma-memarlıq nəzarəti qaydasıında komitə tərəfindən aparılan yoxlamanın nəticələri müzakirəyə çıxarılacaq.
Kollegiya seysmika üzrə Tikinti Norma və Qaydalarına əlavə və düzəlişlər edilməsi və layihə işləri üçün üç qiymət toplusunun təsdiqini məsələlərini də müzakirə edəcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər