16 İyun 2021 | Ana Səhifə - Yazılar
Xankəndi bizimdir!
 
Vasif İsmayıl

Dostlar, Vətən müharibəsinin başlaması, gedişatı, nəticələri haqqında müfəssəl məlumatımız varmı?

Yox!

Kiminlə nə danışdılar, kiminlə nə cükkülləşərək Şuşanı qaytarmağa necə nail olduğumuzu bilirikmi?

Yox!

İndi Vətən müharibəsinin silahlı hissəsi bitib.

Sizcə erməni-azərbaycanlı davası bitibmi?

Yox!

Diplomatik savaş, informasiya müharibəsi davam edir. İndi də silahlı münaqişə dövründə olduğu kimi, gerçək mənzərə bizə aydın deyil. Peşəkar çevrədə buna “müharibə dumanı” deyirlər.

Bir az səbrli olaq. Silahlı münaqişədə qalib gəlmək üçün lazım olan hazırlığımız qədər indi də imkanlarımız genişdir.

Sadəcə indi də o zamankı kimi az məlumatlıyıq.

Xankəndi də bizimdir, Ağdərə də, Xocavənd də, Əsgəran da.

Zira “Lazım” gəldi.
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv