Modern.az

Deputatlar Yunanıstana gediblər

Deputatlar Yunanıstana gediblər

20 Oktyabr 2009, 11:56

Milli Məclisin deputatı,  parlamentin Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı Parlament Məclisində nümayəndə  heyətinin  rəhbəri Asəf Hacıyev və deputat Jalə Əliyeva təşkilatın İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri,  həmçinin, Mədəniyyət, təhsil  və sosial məsələlər komitələrinin iclaslarında iştirak etmək üçün  oktyabrın  20-dən 23-dək  Yunanıstanda  səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Salonik  şəhərində  keçiriləcək  tədbirdə  təşkilata  üzv  dövlətlərdə  ekoloji  məlumatlılığın formalaşdırılması, Qara  dəniz regionunda su sərvətlərinin  idarə  olunması və istifadəsi, bu  sahədə  qanunvericilik bazasının  möhkəmləndirilməsi  mövzusunda  müzakirələr  aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət  bildirəcəklər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir