Modern.az

Rayonlardakı sutəmizləyici qurğulara baxış keçirilib

Rayonlardakı sutəmizləyici qurğulara baxış keçirilib

20 Oktyabr 2009, 14:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
ETSN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon (Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan və Neftçala), 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
Oktyabrın 20-də Sabirabad rayonunun Türkədi, Narlıq, Cavad, Muğan Gəncəli və Sərxanbəyli kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara ETSN-nin mütəxəssislərinin, yerli icra və bələdiyyə nümayəndələrinin iştirakı ilə baxış keçirilib.
ETSN-in məlumatına görə, quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Türkədi kəndinin 2047 nəfər əhalisi (gün ərzində 40 m3) 12 bulaq, Narlıq kəndinin 1601 nəfər əhalisi (gün ərzində 30 m3) 14 bulaq, Cavad kəndinin 3300 nəfər əhalisi (gün ərzində 70 m3) 17 bulaq, Muğan Gəncəli kəndinin 1762 nəfər əhalisi (gün ərzində 40 m3) 15 bulaq, Sərxanbəyli kəndinin 1801 nəfər əhalisi isə (gün ərzində 40 m3) 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edirlər.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir