Arxiv
20 Oktyabr 2009, 16:06 |
Azərbaycanda XXI əsrə keçə bilməyən kənd məktəbi
Azərbaycanda XXI əsrə keçə bilməyən kənd məktəbi

"Həkim olmaq istəyirəm. Amma məktəbimizdə kimya müəllimi yoxdur ki, lazımi bilikləri öyrənəm. İnanıram ki,  mən 10-cu sinifə gedənə kimi məktəbimizə şəhərdən kimya müəllimi gələcək və hazırlaşıb Tibb Universitetinə daxil ola biləcəm. Ondan sonra da gəlib kəndimizdə xəstəxana tikdirib həkim olacam”.
Bu, Dəvəçi rayonu Şahmurad Nuriyev adına Zeyvə kənd orta məktəbinin 8-ci sinif şagirdi Xalid Abdullayevin arzusudur. Xalidin təhsil aldığı və böyük arzularla dərsə gedib gəldiyi məktəbdən son dörd-beş ildir bircə nəfər də nəinki ali təhsil ocağına, heç texnikuma qəbul olunmayıb. Bu xoşagəlməz statistik göstəriciyə baxmayaraq məktəbdə böyük arzularla yaşayan və dərslərinə cani-dildən hazırlaşan uşaqlar az deyil. Zeyvə kəndində orta məktəb şagirdləri yaxşı yaşamağın çıxış yolunu oxumaqda görürlər. Amma nə yazıq ki, onların oxumaq üçün minimal şəraiti olan məktəbləri, sinif otaqlarını qışda qızdırmaq üçün odunları və bütün fənlərdən dərs deyən müəllimləri yoxdur…

80 yaşlı müəllimlər

2008-ci ildən direktor əvəzi çalışan Nizami Baloğlanov da məktəbdə təhsilin səviyyəsindən narazıdır. Narazı olmaya da bilməz. Orta məktəb məzunlarından ali məktəblərə daxil olan yoxdursa, deməli işlər yaxşı deyil.
N.Baloğlanov məktəbdə 196 şagirdin təhsili ilə cəmi 19 pedaqoji işçinin məşğul olduğunu bildirib. Onların da 6-sı pensiyaçıdır, hətta pensiyaçıların bir neçəsi 75-80 yaşlarını haqlayıblar. Pedaqoji işçilərdən də  təxminən yarısının ali təhsili var. Ən acınacaqlısı isə məktəbdə kimya, ingilis dili və informatika müəlliminin, ümumiyyətlə, olmamasıdır.

Yeni məktəb binasında kitabxana, idman zalı yaddan çıxıb

Qeyd edək ki, 2005-ci ildə kənddə yeni məktəb tikilib, amma onunla yanaşı, köhnə məktəb binasından da istifadə edilir. Çünki cəmi 5 sinif otağı, bir müəllimlər otağı, və direktor otağından ibarət yeni məktəbə şagirdlərin hamısını sığışdırmaq mümkün deyil. Buna görə də məktəb rəhbərliyi köhnə məktəbin 7 sinif otağı, kitabxanası və laboratoriyasından da istifadə etmək məcburiyyətində qalıb. Bizimlə həmsöhbət olan müəllimlərin sözlərinə görə, tələm-tələsik tikildiyindən yeni məktəb binasının çatışmazlıqları az deyil: «2005-ci ildə seçki vaxtı ildırım sürətilə məktəb tikdilər. 3 aya da təhsil ocağı tikərlər? Yeni məktəb o qədər tələsik inşa edilib ki, kitabxana, idman zalı, laboratoriya otağı tikmək yaddan çıxıb… Heç direktorun otağı tam hazır deyil».
İbtidai sinif müəllimi Cəmadləddin Həsənov bir neçə dəfə kompleks məktəbin tikintisi üçün mərkəzdən gəlib müəllimlərdən də pul yığıldığını, amma kompleks məktəbdən səs-soraq çıxmadığını bildirdi: «Mərkəzdən gəlib şəxsən məndən 20 «şirvan» aldılar. Amma hələ də kompleks məktəbdən xəbər yoxdur».

«Yağışlı günlərdə başımıza su damır»

Köhnə məktəb binasında vəziyyət doğrudan da çox acınacaqlıdır. Orada oxuyan şagirdlər bağışlasın, məktəb xarabalıqdan heç nəyi ilə seçilmir. Pəncərələr, qapılar sınıq-salxaq, qapqara hisli divarlar az qala adamın üstünə gəlir. Bu mənzərəni görəndən sonra kənd məktəbində işləyən müəllimlərin qarşısında baş əyməyə, belə məktəbdə təhsil alan dözümlü şagirdlərə “afərin” deməyə bilmirsən.
Məktəbin təşkilatçı müəllimi Əfqan Baloğlanov da yeni tədris korpusuna ehtiyaclarının olduğunu deyir: «Tavan ps vəziyyətdədir, yağış yağanda hər yerdən başımıza su damır. Belə şəraitdə necə dərs vermək, necə təhsil almaq olar?».

Müəllimlər öz pulları ilə məktəbə odun almalı olurlar

Amma zeyvəlilərin problemi təkcə uçuq-sökük məktəblə bitmir. Onlar qışda nə təzə, nə də köhnə məktəbi qızdıra bilmirlər.  Məktəb direktorunun dediyinə görə, sinif otaqlarını tam qızdırmaq üçün hər il ən azı 50 kub odun lazım olsa da, onlara meşə idarəsi tərəfindən yalnız 13 kub odun pulsuz verilir. Buna görə də müəllimlər və direktor pul qoyaraq əlavə odun almalı olurlar. Söhbətləşdiyimiz müəllimlər Zeyvə meşəsinin meşəbəyindən narazıdırlar: «Meşəbəyinin razılığı ilə gündə 2-3 «reys» odun aparıb satırlar. Amma biz şagirdlərlə birgə qışda məktəbdə donuruq. Qış qapımızı döysə də, hələ bizə 13 kub odunu da verməyiblər».
Şagirdlər qışda evdən gətirdikləri döşəkçələrin üstündə palto, papaqla otururlar. Hətta soyuğa dözməyəndə hamısı odun sobasını dövrəyə alıb dərsə qulaq asmalı olurlar.
«Müəllim danışır, biz də sobanın yanında büzüşüb qulaq asırıq. Heç soba da pəncərəsiz, qapısız sinif otaqlarını qızdıra bilmir. Buna görə çox vaxt fikrimizi toplayıb müəllimə qulaq asa bilmirik».Bu sözləri  8-ci sinifdə oxuyan Elnarə Poladova deyir. Üçüncü sinif şagirdi Əbdüləmi Şıxəliyev isə şəhər məktəbində oxumaq arzusundadır. Deyir ki, şəhərdəki məktəblərlə onların məktəbi arasında çox fərq var: «Şəhərdə oxuyan uşaqlar isti otaqlarda dərs keçirlər. Biz isə qışda çox vaxt heç dərsə də gələ bilmirik».
Yeri gəlmişkən, payızda yağış yağanda kəndi iki hissəyə ayıran çaydan sel keçdiyindən kəndin məktəb tərəfdə olmayan hissəsində yaşayan şagirdlər dərsə gedə bilmirlər. Qışda da qar yağdığından çayı keçmək o qədər də asan olmur. Sakinlər çayın üzərindən körpü tikilməsinin problemdən çıxış yolu olduğunu düşünürlər.

Məktəbin iki kompüteri var, onların dilini bilənsə yoxdu

Zeyvə məktəblilərinin qarşılaşdıqları bir problem də ondadır ki, onlar komüter işlətməyi bacarmırlar. Buna da səbəb Azərbaycan regionlarındakı məktəblərdə hökm sürən müəllim çatışmazlığıdır. Məktəbdə 2 ədəd komüter olsa da, onu işlədə bilən yoxdur. Ən acınacaqlısı isə odur ki, XXI əsrdə Bakıdan 2 saatlıq məsafədə yerləşən Zeyvədə həmsöhbət olduğumuz şagirdlərin 90 faizi İnternetin nə olduğunu bilmədi. Çünki nəinki məktəbdə heç kənddə də İnternetə qoşulmaq üçün hər hansı yer yoxdur. 

«Gəl, kənd uşağini başa sal ki, gürzə nədir»

İbtidai sinif müəllimi Cəmaləddin Həsənovu sözügedən problemdərdən əlavə dərsliklər də narahat edir. Həmsöhbətimiz ibtidai sinif dərsliklərindən, proqramdan narazıdır: «Birinci sinifə 1 aydır gələn uşağa omonimlə bağlı dərs salınıb. Hansı ki, bu mövzu əvvəllər 5-ci sinifdə keçirilirdi. Hələ bu azmış kimi, təsəvvür edin ki, omonimə misal olaraq gürzə ilanı və gürzə xörəyini veriblər. İndi gəl kənd uşağını başa sal ki, gürzə xörəyi nədir. Bunu heç mən də bilmirdim. Öyrənib sonradan uşaqlara gürzənin Azərbaycanın bəzi bölgələrində bişirilən xörək olduğunu demişəm».
C.Həsənov məktəbdə tat dilinin keçilməməsindən də şikayətləndi: «Digər azsaylı xalqların yaşadıqları ərazilərdə onların dilində dərs keçirilir. Amma bizdə bu, yoxdur. Əhalinin də əksəriyyəti tat dilində danışdığından birinci sinif uşaqları çox əziyyət çəkirlər. Buna görə də heç olmasa məktəbəqədər hazırlıq sinifinə ehtiyac var».

Rüşvətsiz məktəb

Sonda onu da deyək ki, şəhər məktəblərindən fərqli olaraq problemlər məngənəsində çırpınan Zeyvə kənd orta məktəbində fərqli bir ab-hava vardı. Burada direktor müəllimlərin maaşını kəsmir, dərs saatlarına görə müəllimlərdən rüşvət almır, şagirdlərdən qanunsuz ödənişlər yığılmır, hələ üstəlik müəllimlər özü pul verib şagirdlərin qızınması üçün odun alırlar. Bizimlə söhbət zamanı müəllimlər, valideynlər və şagirdlər təhsil nazirini  bu məktəbə dəvət etdilər: "Qoy özü şəxsən gəlib vəziyyətimizi görsün".

P.S. 1970-ci ildə əhalinin sayına görə Zeyvəli məzunlar ali məktəbə daxil olma faizinə görə respublika üzrə ikinci yeri tutub. Bu məktəb Tofiq Mustafayev kimi tarix elmləri doktorunu yetişdirib. Bu məktəbə bir azca diqqət lazımdır. Təhsil naziri Misir Mərdanovun şəhər məktəblərinə göstərdiyi diqqətin 10-ca faizi qədər… Şəxsən mən cənab nazirin nə vaxtsa ucqar dağ kəndlərindəki təhsil ocaqlarına getdiyini görüb eşitməmişəm…


Lalə MUSAQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Ermənistan ərazi bütövlüyümüzü tanıdı
Bakıda 685 bal toplamış tələbə intihar etdi 16:08, Bu gün Sumqayıt-Bakı qatarına yeni reyslər əlavə olundu - CƏDVƏL 16:04, Bu gün Bu qanun layihələri plenar iclasa təklif edildi 16:02, Bu gün MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü başlayıb 16:00, Bu gün Bakıda 16 məktəb direktoru işdən çıxarıldı 15:52, Bu gün Avropada mənzillərin qiyməti BAHALAŞIB 15:40, Bu gün Ukraynada Rusiya musiqisi qadağan edildi 15:36, Bu gün Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI 15:28, Bu gün Alla Puqaçova nəvəsi ilə bağlı xəbəri təkzib etdi: “Feykdir!” 15:12, Bu gün Ukraynada qadınlar hərbi xidmətə çağırılır 15:08, Bu gün Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olundu 15:00, Bu gün Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml CAVAB VERDİ 14:56, Bu gün Gömrük Akademiyasının rəsmiləri Fransada TƏLİMDƏ 14:52, Bu gün Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı 14:48, Bu gün Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi 14:44, Bu gün Daha 223 kirayə mənzil təklif olundu 14:40, Bu gün Birbank sahibləri sentyabrda 1,7 milyon manat keşbek əldə ediblər 14:36, Bu gün Universitet rəhbərinin səs yazısı: “Hamınızı pis günə qoyacağam” 14:32, Bu gün Rusiyada terror aktının qarşısı alındı 14:28, Bu gün Puqaçovanın nəvəsi səfərbərliyə çağırılıb - FOTO 14:24, Bu gün “Yaxın vaxtda sülh müqaviləsi bağlanacaq” – Fransadan özəl açıqlama 14:20, Bu gün Praqa görüşündə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunub 14:16, Bu gün Zəfər çalmış Azərbaycan Böyük Qayıdış dövrünü yaşayır 14:12, Bu gün “Qırmızı kitab”a düşmüş saqqız ağacı çoxaldılacaq 14:08, Bu gün Hərbi qulluqçumuz vəfat etdi 14:04, Bu gün Qarabağ dərsi, dərsliyə salınacaq FƏNN 14:00, Bu gün Tokayev də Putinlə görüşə gedir 13:56, Bu gün Edillidəki erməni vəhşiliyi Bolqarıstan mətbuatında - FOTO 13:52, Bu gün Praqa görüşündə sülhə yaxınlaşdıqmı? - ŞƏRH 13:48, Bu gün Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü 13:44, Bu gün Kamal Abdullaya Fəxri doktor adı təqdim olunacaq 13:40, Bu gün General Rüstəm Muradov yeni vəzifəyə təyin edildi 13:36, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul etdi - FOTO 13:32, Bu gün “Aylıq maaşım 1000 avrodan azdır” - Xanım prezident 13:28, Bu gün Azərbaycandan Gürcüstana narkotik keçirmək istədilər 13:24, Bu gün Goranboyda vətəndaşların qəbulu keçirilib - FOTOLAR 13:20, Bu gün Gəncədə 6 şagird zəhərlənib - YENİLƏNİB 13:18, Bu gün Əliyev “sərhəd missiyası” ilə hansı gedişi edir? - TƏHLİL 13:17, Bu gün Erməni işğalının nəticələri dövlətimiz tərəfindən aradan qaldırılır 13:11, Bu gün