Modern.az

Azərbaycanda MDB ölkələrinin gənc rəssamları arasında internet müsabiqə keçirilir

Azərbaycanda MDB ölkələrinin gənc rəssamları arasında internet müsabiqə keçirilir

Mədəni̇yyət

21 Oktyabr 2009, 11:08

Azərbaycan Gənclər və İdman Nazirliyi MDB üzv ölkələrindən olan gənc rəssamlar arasında “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” adlı İnternet müsabiqə elan edir. 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, müsabiqənin əsas məqsədi vizual incəsənətin və internetin imkanlarından istifadə edərək mədəni müxtəliflik dəyərlərinin inkişaf etdirilməsidir. Burada MDB məkanında vizual incəsənət sahəsində gənc istedadların aşkar edilməsi və onların yaradıcılıqlarının inkişaf etdirilməsi, müsabiqə və sərgilərin keçirilməsi, elm və yaradıcılığın inkişafı üçün internetdən ünsiyyət vasitəsi kimi istifadənin inkişaf etdirilməsi və populyarlaşdırılması, internet vasitəsi ilə incəsənət əsərlərinin nümayişi və ideyaların təbliği, eləcə də vizual incəsənət saytlarının inkişafı nəzərdə tutulur.
Müsabiqənin mövzusunun əsasını Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmaram...” şerinin fəlsəfi dini ideyası təşkil edir.
Müsabiqənin şərtlərinə əsasən vizual incəsənət sahəsində peşəkar, həvəskar və ya yeni başlayan, müsabiqənin mövzusuna, məqsəd və vəzifələrinə uyğun əsər təqdim edən, MDB üzv-dövlətlərindən olan 18-30 yaşlı şəxslər İnternet-müsabiqədə iştirak edə bilərlər. Qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan əlavə işlərini təqdim etmiş bütün müsabiqə iştirakçılarına sertifikat təqdim ediləcək
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu