18 Avqust 2021 | Ana Səhifə - Yazılar
Özünüzü qoruyun və sonra məni söyün

Vasif İsmayıl

Vəziyyət ciddidir.


Aktiv xəstə sayı ikinci dalğadan 2 dəfə azdır, amma artıq səhiyyə sistemi çətinliyə düşüb.


Səbəbini bilmirəm.


Amma siz özünüzü qoruyun.


Hamı xəstələnə bilər. Uşaqlar da, peyvənd olunmuşlar da.


Əlaqə nisbətini azaldın. Evdə belə öpüşüb-görüşməyin. Azacıq səbr edin.


Baxın, mənim dediklərimə istəyirsiniz milyon dəfə söyün, amma özünüzü qoruyun və sonra söyün.


Vecimə də deyil.


Təki sağ qalasınız.


Hardasa 25 gün sağ qalmaq üçün ciddi qorunmaq lazımdır.


İndiki nədirsə, bir başqa aləmdir.


P.S. Bu gün oğlum gəlmişdi yanıma. Burnu axırdı deyə hər yerini dərmanladım. Xəstə insanla belə təmasda müəyyən qaydaları gözləsəsiniz, sağlam qalacaqsınız.

Bu arada, oğlum korona deyil.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv