Modern.az

“Diffamasiya haqqında” qanun layihəsi mədəniyyət komitəsinə göndərilib

“Diffamasiya haqqında” qanun layihəsi mədəniyyət komitəsinə göndərilib

21 Oktyabr 2009, 13:31

Ötən həftə parlamentə təqdim olunan “Diffamasiya haqqında” qanun layihəsi artıq Mədəniyyət məsələləri komitəsinə göndərilib. Bu haqda layihəni Milli Məclisə təqdim edən deputatlardan biri – Cəmil Həsənli məlumat verib. Onun dediyinə görə,  prosedur qaydalarına əsasən yaxın vaxtlarda komitə iclasında bu layihənin müzakirəsi təşkil olunacaq.

Jurnalistika və İnkişaf Mərkəzinin eksperti Zeynal Məmmədli layihənin məhz Mədəniyyət komitəsinə verilməsini irəliyə doğru atılan müsbət addım sayır. Onun dediyinə görə, bir neçə ay əvvəl “Diffamasiya haqqında” qanunun qəbuluna həsr edilmiş debatda Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov çıxış edib: “Debatda Nizami Cəfərov bildirmişdi ki, əgər qanun layihəsi gəlib bizim komitəyə çatsa, onda bu sənəd ən ciddi müzakirə mövzusuna çevriləcək”. Zeynal Məmmədli adıçəkilən layihənin həqiqətən də komitədə ciddi müzakirə obyektinə çevriləcəyinə ümid edir.

“Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi,  Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. “Yeni Nəsil” Jurnalsitlər Birliyinin təşəbbüsü ilə hazırlanan qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib. “Diffamasiya haqqında” layihə Milli Məclis üzvlərinin hamısına göndərilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir