Modern.az

Moskvada Azərbaycan və Ermənistan deputatları görüşür

Moskvada Azərbaycan və Ermənistan deputatları görüşür

22 Oktyabr 2009, 12:48

Rusiyanın paytaxtı Moskvada Azərbaycan Milli Məclisinin (MM) deputatları ilə Ermənistan parlamentinin üzvləri arasında görüş başlayıb. Bu barədə Modern.az-a Azərbaycan nümayəndə heyətinin üzvü, MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev məlumat verib.Rusiya Dövlət Dumasında Rusiya, Azərbaycan və Ermənistan millət vəkillərinin bir araya gəldiyi tədbirin rəsmi adı "Yeni geosiyasi şəraitdə parlamentlərarası əməkdaşlığın aktual problemləri" adlanır.
Rövşən Rzayev deyib ki, Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr üzrə komitəsinin vasitəçiliyi ilə baş tutan görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılır.
Tədbir hazırda qapalı şəkildə davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi