Modern.az

Minsk Qrupunun həmsədrlərindən hesabat tələb edilir

Minsk Qrupunun həmsədrlərindən hesabat tələb edilir

22 Oktyabr 2009, 13:01

Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assableyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvləri Qarabag probleminin həlli ilə bağlı beynəlxalq səviyyədə vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupunun həmsədrlərinin hesabat verməsini tələb edirlər.

Modern.az-a açıqlamasında ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib ki, qurumun demək olar ki, bütün iclaslarında vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlərin hesabat verməsi tələb olunub: “Bilirsiniz, 17 il ərzində biz bu qurumun problemin həlli istiqamətində bir işini görmədik. Əksinə, müşahidələr göstərir ki, həmsədrlər Ermənistanın işğalçı siyasətinə dəstək verirlər. Əks halda, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edərdi”.

Deputat deyib ki, beynəlxalq səviyyədə problemin həlli ilə bağlı missiyanı BMT ATƏT-ə ötürüb: “Bunula bağlı ATƏT-in tərkibində Minsk Qrupu yaradılıb və qrupa həmsədirlik ABŞ, Rusiya və Fransaya həvalə edilib. Ən azı həmsədrlər Minsk Qrupuna üzv olan dövlətlər qarşısında hesabat verməlidirlər. Eyni zamanda, belə hesabat ATƏT Nazirlər Şurasına da verilməlidir. Başlıcası isə odur ki, 17 ildə heç bir iş görmədükləri barədə Minsk qrupunun həmsədrləri Azərbaycan cəmiyyətini məlumatlandırmalı, hesabat verməlidirlər. Biz bunu qəti şəkildə tələb edirik”.

Qeyd edək ki, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov da Modern.az-a açıqlamasında bu fikirdə israrlı olacaqlarını bildirib.

Xatırladaq ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Nazirlər Şurasının1992-ci ilin 24 martında  Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya, və İsveç qrupun üzvləridir.

                                                                                                    

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir