Modern.az

«Diqqət, sağa ver saxla!»

 «Diqqət, sağa ver saxla!»

23 Oktyabr 2009, 14:00

Yol polisləri həmişə haqlıdırlarmı?

Meqafonla deyilən «Sağa ver saxla!» sözünü yollarda tez-tez eşitmək olar. Azərbaycanda yol polisləri barədə heç vaxt birmənalı fikir səsləndirilmir. Əksər hallarda onları ya rüşvətxorluqda, ya da qaydaları pozan sürücülər arasında ayrı-seçkiliq qoymaqda ittiham edirlər. Amma bütün bunlarla yanaşı yol polisinə bəraət qazandıranlar, onları təhlükəli iş icraçıları adlandıranlar da var. İnsaf naminə qeyd etmək lazımdır ki, yol polislərinin hamısı barədə mənfi fikir söyləmək ədalətsizlik olar. Onların arasında da qanunların aliliyinə hörmət edən, qayda pozucularının hamısına bir gözlə baxan əməkdaşlar az deyil.

Bəzən yol polislərini başqa insanlardan fərqli xüsusiyyətlərə malik olan xüsusi tipli adamlar hesab edilir. Yol polislərinin mənfi imicə malik olmasının müxtəlif səbəbləri var. Bunu sürücülərdən yaxşı izah edən ola bilməz. Qeyd etdiymiz kimi, yol-hərəkət qaydalarının pozulmasının qarşısını almalı olan polis işçiləri bir çox hallarda rüşvətxorluqda ittiham olunub. Bəzi sürücülər deyir ki, onlar qayda pozucularından rüşvət qoparmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar bəzən hətta qaydaları pozmayan günahsız sürücülərə də tətbiq olunur. Maraqlıdır ki, bir çox hallarda yol polisi lazımi yerlərdə-məsələn, qaydaların daha çox pozulduğu yol ayrıclarında, tıxacların yarandığı yerlərdə gözə dəymir. Bunun əvəzində onları ehtiyac duyulmayan yerlərdə görmək mümkündür. Bəzən onlar döngələrdə və digər yerlərdə elə dayanırlar ki, sürücülərin diqqətini cəlb etməsinlər. Bunun məqsədini isə açıqlamağa ehtiyac yoxdur. Yol polisinin sürücülər arasında ayrı-seçkilik qoymasına adicə bir misal çəkək. Qanunla avtomobillərə qara rəngli şüşələr, pərdələr vurulması qadağandır. Amma bu gün yollarda hərəkət edən imkanlı adamlara məxsus maşınlarda pərdə və plyonkalıar görmək mümkündür. Görəsən niyə tədbir görmürlər?

Yol polislərinin öz cavabları var: “Bizim sürücülərdə elementar yol mədəniyyəti yoxdu”.

Yol polislərinə tutulan iradlardan biri də onlardan bəzilərinin həddindən artıq kök, biq qədər də kobud desək, qarınlı olmasıdır. Halbuki onlar adi bir orqanının işçisi deyillər və xarici görünüşləri ilə başqalarına  nümunə olmalıdırlar. Yeri gəlmişkən, bəzi xarici ölkələrdə bu cür hallara qarşı müxtəlif tədbirlər görülür. Mələsən, Rumıniyada yol polislərini zərif və çevik görünmək üçün balet dərsinə göndərirlər. Orada hesab edirlər ki, bu addım polis əməkdaşlarının küçələrdə qamətli görünməsinə kömək edəcək. Qardaş Türkiyədə isə yol polislərinin çevikliyi üçün onları qaçmağa məcbur edirlər. Maraqlıdır, bu üsulları Azərbaycanın yol polislərinə tətbiq etsələr nə baş verər?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən deyirlər ki, Azərbaycanda belə üsullar nəzərdə tutulmayıb. Amma Azərbaycanın yol polislərinə gündə üç dəfə xüsusi təlimatlandırmaya cəlb edilir və onlara peşə vərdişlərinin təkmilləşdirilməsi üçün lazımi informasiya verilir. Bundan əlavə, yol polislərinə peşə hazırlığının artırılması və davranış qaydalarının yaxşılaşdırılması üçün müxtəlif seminarlar və tədbirlər də keçirilir. Rumıniyadakı praktika bir yana qalsın, məncə Türkiyə təcrübəsini Azərbaycanda tətbiq eləmək lazımdır.Niyə bizim yol polisləri də atletik görkəmli olmasınlar?

Adəm Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir