17 Oktyabr 2021 | Ana Səhifə - Yazılar
Oğlan qıza nə edəcəyini “mama”sından soruşur

Vasif İsmayıl

İdeal cəmiyyət mümkündürmü?


Əvvəldən deyim, mən ideala başdan inanmıram.


Mən xəyal deyil, zəka adamıyam. Zəka mövcud vəziyyətdən optimal çıxış yolu tapma qabiliyyətidir.


Yəni zəka qabiliyyətdir.


İdeal isə sadəcə uyğun olmayan tərəfləri malalanmış zəkadır. Yəni yaxşı alimdir, amma pedofildir - gəlin, pedo hissəsini buraxaq, və…alimliyinə baxaq.


Xəyaldır yəni.


Ona görə də, bəzi tarixi və çağdaş dini avtoritetlərin məhrəm xüsusiyyətləri, yemək, tualet, həyata gəlmək, cinsi məsələlərlə bağlı əfsanələr gəzir. Amma hamımız insanın yediyini, içdiyini və bilimum ehtiyacları olduğunu yaxşı bilirik.


Mən həkiməm. Bulaq başında oturmuşam. Hamı su içməyə bulaq başına gəlir. Hər gün ailəsi və cəmiyyət tərəfindən “tərbiyəli” yetişdirilmiş insanların hekayəsini dinləyirəm.


Biri 26 yaşına qədər ailəsinin təsiri ilə tərbiyəli olub, heç bir qıza baxmayıb. O yaşda evləndirirlər, oğlan qıza nə edəcəyini “mama”sından soruşur. Arvad tərbiyəlidir axı, anası da “mama qurvan, qız saa göstərəcək” deyir.


Qız təcrübəsizdirsə, heç nə anlamır, aradan 2 il keçəndən sonra rəfiqələrinin anlatdıqlarından gözü açılır və “ərinə” nifrət edir.


Təcrübəli və ya məlumatlıdırsa, elə başdan nifrət edir ərinə.


Xəyal deyil, zəka cəhətdən tərbiyə edin övladlarınızı. Açıq olun! Ata-ana üzük taxdı və sən oldun deməyin.


İdeal xəyaldır. Siz zəki olun!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv