22 Oktyabr 2021 | Ana Səhifə - Yazılar
Savaş meydanında qazanıb, masada itirmək

İbrahim Nəbioğlu

Bəli, bu haqda müjdəli analizlər verən dostlarımla həmfikirəm. Bu, artıq Qələbədir, diplomatik sahədə də qələbə! Hamınızı təbrik edirəm!..


Həftələrdir türk generallarla problemi müzakirə edərkən üzlərindəki ifadələrində dərin bir narahatlıq sezirdim. Azərbaycan Ordusunun gücünü, hazırlığını bizdən yaxşı bilən bu Paşalar belə deyirdilər:

“Tarix boyu türklər savaş meydanında qazanmış, ancaq diplomatiya masalarında itirmişlər. Ümid edirik ki, bu dəfə belə olmayacaq”.


Doğurdan da qəhrəman əsgərlərimiz tarix yazdılar və yazmağa da davam edirlər. Bütün narahatlığımız Şuşaya, Laçına da girmək üçün böyük güclərin çıxaracaqları maneə və əngəllər idi.

Və indi görürük ki, deyəsən, savaşdakı qələbələrə masadakı zəfərlər əlavə olunacaq. Bu, şübhəsiz ki, Azərbaycan Dövlətinin və şəxsən ölkə prezidentinin parlaq uğurudur. Bunun tarixi əhəmiyyətini ancaq gələcək tarixçilər daha təvsilatlı və dolğun yaza biləcəklər. İndi gördüyüm odur ki, bu qələbə tarixə Qızıl Hərflərlə yazılacaq, bu qələbə tariximizdəki ən Şanlı Qələbə olacaq, bizim də tarix kitablarında fəxrlə, qürurla tədris olunası zəfərimiz olacaq və bu qələbə bizim bir millət kimi yenidən doğacağımız bir tarix olacaq!...


Qələbənin o bihuşedici qoxusunu ABŞ-ın NATO-dakı səfiri xanım Key Beyli Hatçinsonun (Kay Bailey Hutchison) dilə gətirdiyi sözlərindən aldıq bu sabah.