Modern.az

Ənvər Paşanın nəvəsi Azərbaycan Prezidentinə müraciət edib

Ənvər Paşanın nəvəsi Azərbaycan Prezidentinə müraciət edib

22 Oktyabr 2009, 18:16

Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin şərəfinə ucaldılan abidə ətrafındakı Türkiyə bayraqlarının yığışdırılması Türkiyədə üzüntü ilə qarşılanmaqdadır. 1918-ci ildə Bakının erməni-rus işğalından azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı general Ənvər paşanın nəvəsi Arzu Ənvər (Sadıkoğlu) Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb.
Modern.az Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xanım Arzu Ənvər öz məktubunda şəhid türk əsgərlərinin şərəfinə ucaldılan abidə ətrafındakı Türkiyə bayraqlarının yığışdırılmasından çox üzüldüyünü qeyd edib. O, Azərbaycanın dövlət başçısından xahiş edib ki, bayraqla bağlı mübahisəli məsələnin aradan qaldırılmasında əlindən gələni əsirgəməsin.
Arzu Ənvər məktubunun sonunda Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Bakıda abidəsinin qoyulmasını rica edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?