Modern.az

Umud Rəhimoğlu: “Layihələrin qəbulu təkmilləşdiriləcək»

Umud Rəhimoğlu: “Layihələrin qəbulu təkmilləşdiriləcək»

2 Sentyabr 2009, 17:56

Prezident Yanında KİV-lərin inkişafına Yardım Fondu tərəfindən élan edilən müsabiqənin nəticələrinin açıqlanması media orqanları tərəfindən birmənalı qarşılanmır. Narazı qalanlar burada ədalətsizlik olduğunu bəyan edirlər.
Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu isə Modern.az saytına açıqlamasında deyilən bu iradları qəbul etmədiyini söyləyib. Bunun Fondun ilk müsabiqəsi olduğunu qeyd edən U.Rəhimoğlu narazılıqların da təbii olduğunu qeyd edib. Onun sözlərinə görə, razı qalanlar narazılardan daha çoxdur: «Layihələrin qiymətləndirilməsi prosesindən bütövlükdə hər kəsin razı qalması qeyri-mümkündür. Əslində, kənardan ideal görünsə də, layihələrin qəbulunda çatışmazlıqlar, problemlər, narazılıqların olması qaçılmazdır. Fond hər kəsi razı salmağa səy göstərdi. İlk layihə Fond üçün həm də bir sınaqdır. Bu baxımdan, çatışmazlıqların olması təbiidir. İş olan yerdə narazılıqlar, söz-söhbətlər də olacaq. Düzdür, layihələrin həyata keçirilməsində ayrı-seçkiliyə yol verməkdə bizi suçlayanlar var. Həmin adamların Fonddan gözləntiləri həyata keçmədiyinə görə, narazılığa başlayıblar. Bunu təbii qarşılayıram, çünki cəmiyyətdə fərqli fikirli insanlar çoxdur. Habelə Fondun ilk layihəsi olan bu müsabiqədə müəyyən nöqsanların olması mümkündür. Amma layihələrin qəbulunda hansısa ayrı-seçkiliyə yol verildiyi iddia edilə bilməz. Layihələrin hamısı ekspretlər tərəfindən qiymətləndirilib. Hansısa layihələri qiymətləndirmə zamanı subyektiv məqamlar rol oynaya bilər. Lakin bütün bunlar bilərəkdən həyata keçirilməz. Sirr deyil ki, ekspretlər bütün layihələri dəyərləndirdikdən sonra qəbul ediblər. Hesab edirəm ki, qəzetlərə dövlət dəstəyi olan bu layihələri hər birimiz həmrəy olaraq dəstəkləməliyik. Çox güman ki, gələcəkdə indi olan hansısa səhvlərdən nəticələr çıxarılaraq, layihələrin qəbulu daha da təkmiləşdiriləcək».
U.Rəhimoğlu Fond rəhbərliyinin bütün bu iradlara təmkinlə yanaşmasının zəruri olduğunu qeyd edib. Layihənin həyata keçirilməsinin mediaya hava və su kimi lazım olduğunu vurğulayan U.Rəhimoğlu bunu KİV-in inkişafı istiqamətində atılan vacib addım kimi qiymətləndirib: «Gələcəkdə bütün bu məsələləri müzakirə edəcəyik. Çalışacağıq ki, işimizi tam nöqsansız həyata keçirək».

 

Aqil LƏTİFOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi