Modern.az

Bakıda gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi keçiriləcək

Bakıda gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi keçiriləcək

23 Oktyabr 2009, 10:39

2010-cu ilin 19-30 aprel aralığında Bakı şəhərində gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" I  beynəlxalq  elmi - ifaçılıq konfransı keçiriləcək. Müsabiqə və konfrans üzeyir  Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə  həsr olunacaq.  
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqə iki mərhələdən ibarət olacaq və 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda isə yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bütöv bir mərhələdə keçiriləcək.
Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır.
Təhsil Nazirliyi tərəfindən  təşkil  olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və  Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi