26Sentyabr | Ana Səhifə - Yazılar - 5 trilyonluq "Kaplunbağa tərbiyəçisi"
5 trilyonluq "Kaplunbağa tərbiyəçisi"

İstanbulda Gülhanə parkında gəzirdim. Düşünürdüm indi bizim rahatlıqla gəzdiyimiz bu parkda bir vaxtlar sultanlar, şahzdələr gəzib. Hər daşının arxasında bir sirr yatır, tarix məni çöz deyir. Çünkü bir zamanlar Topkapı sarayının baxçasıymış... Parkı gəzirəm, heykəllər,  maraqlı yerlər çıxır qarşıma. Dəbə uyaraq şəkil çəkdirərək keçirəm. Amma bir yerin önündən sadəcə anı ölümsüzləşdirmək kifayət etmir. Öncə ad diqqətimi çəkir. "Kaplumbağa tərbiyəçisi" (tısbağa tərbiyəçisi).  3 boyutlu olaraq canlandırılan "Kaplumbağa tərbiyəçisi”ni görməniz lazım. Öyrənirəm ki, bu Rəssam Osman Hamdi Bəyin əsərindənmiş. Bu rəssamın və tablonun maraqlı hekayəsi varmış. 

 

Osman Hamdi Bəy kimdir?


Osman Hamdi Bəy, Osmanlı arxeoloq, rəssam və bələdiyyə başqanıdır.  O, eyni zamanda ilk türk arxeoloqu kimi qəbul edilir. Livandakı arxeoloji araşdırması sırasında dünyaca ünlü İskender Lahidini tapıb. O, müasir Türk müzeylərinin qurucusudur. İlk Türk rəssamlarından biridir və Türk rəsmində fiqurlu kompozisyadan istifadə edən ilk rəssam olarak tarixə düşüb. O, iki dəfə ailə qurub. Hər iki xanımı da fransız olub.

 

Niyə kaplumbağa tərbiyəçisi?


İndi gələk rəssamın diqqətimizi çəkən əsərinə. Tablo bizə nəyi anladır? Tabloda gördüyümüz kişi rəssam Hamdi bəyin özüdür. O çox zaman özünəməxsus geyimlər geyinər, şəklini çəkər,  sonra da o fotoya baxaraq əsərini yaradardı. “Kaplumbağa tərbiyəşisi” əsərini də məhz bu cür işləyib. O bu əsərlə gizli bir mesaj verməyə çalışıb. Rəsmdə qırmızı kaftan geyinmiş, dərvişə bənzər, qozbel yaşlı bir adam var. Köhnə bir otaqda yemək yeyən tısbağalara baxır.  Düşüncəli yorğun baxışları ilə tısbağaları süzür.  Əlində tütək tutur.  Tısbağaları tütək çalaraq tərbiyə etməyə çalışır... Amma bacarmır, çünkü yaşlı tısbağaları  tərbiyə etsə belə, sonu məzardı... başqa bir yoruma görə isə tısbağalar mücadilə aparan xalqı anladır. Eyni zamanda, xalqı cəhalətədən qurtarıb müasirləşdirməyə və elmə çagırır.

 

5 trilyonluq "tısbağa"


Osman Hamdi Bəy, bir çox rəssam kimi  bəyəndiyi tablonu ikinci dəfə də çəkdi. İkinci versiya Londona qədər getdi. Nəhayət 1984-cü ildə bu əsər 100 min dollara satıldı. 12 dekabr 2004-cü ildə İqtisadiyyat Bankının koleksiyasımda olan "Kaplumbağa tərbiyəçisi” adlı tabloya bankın batması səbəbiylə əl qoyuldu. Tablonun satışı açıq artırmaya çıxarıldı.  İstanbul Modern ve Pera Müzeyi tablonu almaq üçün yarışdı. Rəqəm cox yüksəldi və 5 triliyon türk lirəsinə çatdı.  "Kaplumbağa tərbiyəcisi”nin yeni sahibi Pera Müzeyi oldu. Ödənən 5 trilyon, Türk rəsm sənəti üçün bir rekorddur. Bu yüksek məbləğ tablonu məhşur etd. 5 trilyonluq tablonun özün görməsək belə, 3 d kompozisyasını sultanların bağında görmək nəsib oldu. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv