Modern.az

Bakıda plov festivalı keçirildi (Fotosessiya)

Bakıda plov festivalı keçirildi (Fotosessiya)

Reportaj

25 Dekabr 2010, 17:54


Dekabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində  plov festivalı keçirilib. Modern.az-ın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə keçirilən festivalda universitetin profesor-müəllim heyəti, eləcə də digər qurum və təhsil müəssələrindən də qonaqlar iştirak ediblər. Tədbirdə milli məbəximizin şahı olan plov haqda geniş məlumat verilib onun 55 növü nümayiş etdirlib.

Festivalda ADU-nun rektoru, millət vəkili Səməd Seyidov çıxış edib. O, bildirib ki, müxtəlif Avropa, Amerika, Asiya ölkələrindən gələn qonaqlar tez-tez Azərbaycan Dillər Universitetinin qonağı olurlar. “Biz də universitetimizdə təhsil alan xarici tələbələri, qonaqları Azərbaycanın mədəniyyəti, dili, milli adət-ənənələri, geyimi, milli mətbəxilə tanış edirik».

Festivalda Regionşünaslıq kafedrasının müəllimi Təranə Quluzadə “Düyü və onun yayılma arealı”,  həmin kafedranın müəllimi Rəna Rəcəbli “Azərbaycanda çəltikçilik tarixindən” və sözügedən kafedranın müdiri, dosent Sevdagül Əliyeva  isə “Azərbaycan mətbəxinin şahı” adlı təqdimatlarla çıxış ediblər.  

Məruzələrdə düyünün vətəni, növləri və bəzi xalqların qidasınını əsasını təşkil etdiyi haqqında,  plov sözünün hərfi və lüğəti mənası, plovun yaranma tarixindən, eləcə də  Azərbaycanda çəltikçilik tarixindən bəhs edilib. 
Tədbirdə milli məbəximizin şahı olan plov haqda digər məlumatlar da verilib. Plovun çeşidli növləri haqda danışılıb. Daha sonra festivalda iştirak edən qonaqlara ADU-nun işçiləri tərəfindən hazırlanmış 55 növ plovdan dadmaq təklif olunub.

Mərasim iştirakçılarına plovun  “Buta” adlı ən yeni növü və Azərbaycan bayrağı formasında hazırlanan “Bayraq” plovu  ilə də  tanış olmaq imkanı yaradılıb.

ADU Müəllim Azad Həmkarlar Komitəsinin dəstəyi ilə 300 nəfər üçün nəzərdə tutulan  müxtəlif plov növlərindən hazırlanmış ziyafət süfrəsi açılıb.

Qeyd edək ki, festival ADU-nun Regionşünaslıq kafedrasının, İRK-nın Folklor Mərkəzinin və  ADU Müəllim Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir