Modern.az

Moskvada AYB-nin 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Moskvada AYB-nin 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

23 Oktyabr 2009, 21:34

Moskvada Millətlər Evinin böyük zalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 75 illiliyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Bu barədə Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri Nəsib Nəbioğlu məlumat verib.

Gecəni giriş sözyülə AYB-nin Moskva bölməsinin sədri ,filologiya elmləri doktoru Tofik Məlikli açıb. O, AYB yaranma tarixindən, keçdiyi yoldan danışıb. AYB-nin sədri, xalq yazıçısı Anar isə qurumun üzləşdiyi problemlərdən, görülən işlərdən, gələcək planlar barədə söz açıb. Yazıçı AYB-nin Moskva bölməsinin ədəbiyyatımızın təbliğində böyük rolu olduğunu vurğulayıb. Beynalxalq Yazıçılar Birliyinin sədri İvan Pereverzin  Rusiya, eləcə də keçmiş sovetlər məkanındakı Yazıçılar ittifaqları arasında əlaqələrin vacibliyini, onun inkişafı yolunda aparılan planlardan danışıb. Xalqlar arasında əlaqələrin qorunub saxlanmasında ədəbiyyatın, mədəniyyətin şərtsiz  rolunu qeyd eedib.  Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad  Bülbüloğlu da AYB-nin 75 illiliyi ilə bağlı ürək sözlərinin bölüşüb.    Moskvada yaşayan tanınmış yazıçı Çingiz Hüseynov AYB-nin Moskva bölməsinin fəaliyyətini daha da genişləndirməyi tövsiyyə edib. Xalq yazıçısı Çingiz Abdullaev isə Azərbaycan dövləti tərəfindən yazıçı və şairlərə göstərilən qayğıdan söz açıb. Dünya Azərbaycanlıları Konqresinin Rusiya təmsilçisi Mirəşrəf Fətiyev AYB -nin Moskva bölməsinin fəaliyyətini təqdir edib.

Rus şair və tərcüməçilər Sinelnikov, Zamşev öz yaradıcılıqlarında Azərbaycan poziyasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Tədbirdə Sevil İsmayılovanın  rəhbərlik etdiyi 157 saylı məktəbin şagirdləri şair Nəsib Nəbioğlunun «Bir nemətsiz,məhəbbətsiz ana yurda» adlı şerini oxuyublar. Mərasim iştirakçılarına Moskvada yazıb-yaradan şair və yazıçılarımızın çap etdirdikləri kitablar hədiyyə olunub.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı