Modern.az

Milli Məclis müraciət qəbul edəcək

Milli Məclis müraciət qəbul edəcək

26 Dekabr 2010, 15:06

Dekabrın 30-da dördüncü çağırış Milli Məclisinin payız sessiyasının sonuncu iclası keçiriləcək. İclasda “Dövlət rüsumu haqqında”Qanuna, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə, “Fərdi məlumatlar haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər ediləcək. Bundan başqa, Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edəcək. İclasda digər məsələlərin də müzakirə olunacağı gözlənilir. Bununla da sessiya başa çatacaq və deputatlar 2011-ci il fevralın 1-dək tətilə çıxacaqlar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü