Modern.az

Sumqayıtda şagirdlərin zəhərlənməsinə səbəb olan iki nəfər saxlanılıb

Sumqayıtda şagirdlərin zəhərlənməsinə səbəb olan iki nəfər saxlanılıb

Təhsil

24 Oktyabr 2009, 15:10

Oktyabrın 22-də Sumqayıt şəhərindəkı 38 saylı orta məktəbdı 40-dan çox şagirdin kütləvi zəhərlənməsi faktı ilə əlaqədar iki nəfər saxlanılıb. Modern.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin məlumatına görə, saxlanılanlar 23 yaşlı Sumqayıt sakini Elvin Həsənov və 35 yaşlı Bakı şəhər sakini İlkin Fətullayevdir.
Saxlanılanlar ifadələrində bildiriblər ki, 38 saylı məktəbdə şagirldləri bilərəkdən zəhərləməyiblər. Onların sözlərinə görə, Ukrayna şirkətinə məxsus malları reklam etmək məqsədilə həmin qida məhsullarını məktəblilər arasında pulsuz paylayıblar.
Faktla bağlı Şumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, baş vermiş hadisə ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Yeri gəlmişkən, oktyabrın 24-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasından sonra təhsil naziri Misir Mərdanov jurnalistlərər açıqlamasında sözügedən hadisəyə münasibət bildirib: "Sumqayıt şəhərində orta məktəbdə baş vermiş kütləvi zəhərlənmə bizim hamımız üçün - həm valideynlər, həm müəllimlər, həm uşaqlar, həm də təhsili idarə edən insanlar üçün ciddi bir xəbərdarlıqdır. Nə isə alanda ehtiyatlı olmaq lazımdır. Biz hərənin yanında bir mühafizəçi qoya bilmərik. Kimsə kiməsə pulsuz bir şey verirsə, onda daha diqqətli olmaq lazımdır. Heç kimə etibar etməməliyik».

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür