Modern.az

Xoşqədəm Baxşəliyeva "Üç nöqtə"nin bu gün tamam olan 12 yaşından danışdı

Xoşqədəm Baxşəliyeva "Üç nöqtə"nin bu gün tamam olan 12 yaşından danışdı

27 Dekabr 2010, 16:13

Bu gün “Üç nöqtə” qəzetinin 12 yaşı tamam olur. 1998-ci il dekabr ayının 27-də fəaliyyətə başlayan “Üç nöqtə” hazırda ictimai-siyasi qəzet olaraq gündəlik, iki rəngdə nəşr olunur.
Qəzetin baş redaktoru Xoşqədəm Baxşəliyeva Modern.az saytına bildirib ki, ad gününü adi qaydada, dar çərçivədə kollektivlə birgə qeyd edirlər:
 “Hər hansı böyük təbdir kecirmək planımız yoxdur. Daha böyük tədbir keçirmək üçün hələ bir neçə il gözləməyi düşünürük. Məsələn, 15 yaşımız olanda, böyük tədbirlə qeyd edəcəyik. İndi isə yəqin ki, əməkdaşlarla birgə tort yeyərik...”.

““Üç nöqtə”nin yerini Azərbaycan mətbuatında necə görürsünüz” sualını cavablandıran X.Baxşəliyeva “bütün qəzetlərin yerini necə görürəmsə, “Üç nöqtə” qəzetinin yerini də elə görürəm” deyə cavablandırıb.

“İndi 12 yaşımız tamam olur. 9 yaşımızı böyük təntənə ilə qeyd etmişdik. O vaxt demişdim ki, bir də 15 yaşımızda yığaşacağıq. İndi isə ad günümüzü sadəcə, redaksiyada əməkdaşlarımızla birgə qeyd etmək fikrindəyik. Əlavə qonaqlar çağırmayacağıq”.

Sədaqət Süleymanova  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?