Modern.az

“Facebook” internetdə 3-cü ən böyük saytdır

“Facebook” internetdə 3-cü ən böyük saytdır

27 Dekabr 2010, 17:22

“Facebook” sosial şəbəkəsi istifadəçilərin daxilolma sayına görə internet məkanında üçüncü yerdədir. Bu barədə ComScore tədqiqat qrupunun mütəxəssisləri bildirib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, “Facebook” aylıq  633 milyonluq göstərici ilə üçüncü pilləyə yüksələrək “Yahoo”internet servisini bir pilə geridə qoyub. “Yahoo”nun müvafiq göstəricisi 630 milyon olub.

ComScore-un tərtib etdiyi siyahıda birinci yeri “Google” şirkətinin saytları tutub. Axtarış servisinin resusrslarına görə, bir ay ərzində “Google”a 970 milyon istifadəçi daxil olub. İkinci yerdə 869 milyon göstərici ilə “Microsoft” kampaniyasının portalları qərarlaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?