Modern.az

Milli Məclis Prezidenti təbrik etdi

Milli Məclis Prezidenti təbrik etdi

30 Dekabr 2010, 12:11


Dekabrın 30-da dördüncü çağırış Milli Məclisinin payız sessiyasının sonuncu iclası keçirilir.
Modern.az xəbər verir ki, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov parlament adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Spiker təbrik məktubunun ölkə başçısına çatdırılacağını qeyd edib.

İclas davam edir...

Dördüncü çağırış Milli Məclisinin payız sessiyasının sonuncu iclasında “Dövlət rüsumu haqqında”Qanuna, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə, “Fərdi məlumatlar haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər ediləcək. Bundan başqa, Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edəcək.
İclasda digər məsələlərin də müzakirə olunacağı gözlənilir.
Bununla da sessiya başa çatacaq və deputatlar 2011-ci il fevralın 1-dək tətilə çıxacaqlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir