Modern.az

Naxçıvanlı deputatlar İlham Əliyevə təşəkkür etdilər

Naxçıvanlı deputatlar İlham Əliyevə təşəkkür etdilər

30 Dekabr 2010, 12:32

Dördüncü çağırış Milli Məclisinin payız sessiyasının dekabrın 30-da keçirilən sonuncu iclasında deputat Qüdrət Həsənquliyev bir neçə gün öncə açılışı olan Oğuz-Qəbələ-Bakı su kəməri barədə danışıb. O, bu hadisənin Milli Məclisdə təntənə ilə qeyd olunmasının vacibliyini vurğulayaraq  Oğuz-Qəbələ-Bakı su kəmərini Bakı-Tiflis-Ceyhan boru xətti və “Əsrin müqaviləsi” sazişi ilə müqayisə edib. Deputat deyib ki, bi kəmərin istifadəyə verilməsilə  paytaxt əhalisi dünya standartlarına cavab verən ekoloji təmiz içməli sudan istifadə imkanı qazanıblar. Q.Həsənquliyev buna görə ölkə başçısı İlham Əliyevə təşükkürünü bildirib.
Deputat təmsil etdiyi Naxçıvan bölgəsinin deputatları adından Prezidentə digər bir məsələyə görə də minnətdarlıq edib. Onun sözlərinə görə, Bakı-Naxçıvan aviareysi ilə uçan təyyarələrin yenilənməsi və dünəndən Muxtar Respublikaya uçuş biletlərinin qiymətlərinin ucuzlaşdırılması  naxçıvanlıları sevindidb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi