Modern.az

“Mərkəz” qəzetinə yeni baş redaktor təyin edildi

“Mərkəz” qəzetinə yeni baş redaktor təyin edildi

Media

4 Yanvar 2011, 00:15

Modern.az-ın məlumatına görə, Azərbaycanda gündəlik nəşr olunan “Mərkəz” gündəlik ictimai-siyasi qəzetinin rəhbərliyində dəyişiklik baş verib. Qəzetdə bu yaxınlarda parlament müxbiri kimi fəaliyyətə başlayan Nigar Almanqızı baş redaktor vəzifəsinə təyin edilib. Məlumatı Modern.az-a açıqlamasında Nigar Almanqızının özü də təsdiqləyib. 2008-ci ilin noyabrından “Mərkəz”də baş redaktoru postunu tutan Vüqar Qaradağlı isə qəzetdən gedib. Onun başqa sahədə fəaliyyət göstərəcəyi bildirilir.

Nigar Almanqızı 14 ildir mətbuat sahəsində çalışır. O, əvvəllər “Millət”, “Ekspress”, "Hürriyyət", "Yeni Müsavat" qəzetlərində müxbir işləyib. Daha sonra «Press Post» qəzetinin baş redaktoru postunda çalışıb.

“Mərkəz” qəzeti 1998-ci ildən nəşr edilir. Əvəllər qəzetə Müşfiq Həqq, Anar Məmmədli, Sahib Alıyev, Şirzad Məmmədli kimi tanınmış jurnalistlər də rəhbərlik edib. "Mərkəz" qəzetinin  təsisçisi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovadır. Qəzet həftədə 5 dəfə nəşr olunur. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır