Modern.az

İran prezidentinin müşaviri Azərbaycana gəlib

İran prezidentinin müşaviri Azərbaycana gəlib

26 Oktyabr 2009, 13:13

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvətinə əsasən İran İslam Respublikası Prezidentinin müşaviri, Mədəniyyət və İslami əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvinin rəhbərlik etdiyi nümayəndə heyəti 26-29 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Modern.az-ın məlumatına görə, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İran nümayəndə heyətinə Mədəniyyət və İslami əlaqələr Təşkilatının Asiya və Okeaniya şöbəsinin müdiri Mürtəza Şəfii Şəkib, Azərbaycan üzrə müşavir Əsgər Farsi, katib Məhəmməd Şirzad daxildir. Qonaqların bir sıra nazirlik və komitələrdə rəsmi görüşlər keçirməsi və tədbirlərdə iştirakı nəzərdə tutulub. Oktyabrın 26-da qonaqlar Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra günün ikinci yarısında Muzey Mərkəzində “İmam Rza” fotoşəkil sərgisinin açılış mərasiminə qatılacaqlar. Oktyabrın 27-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Qısametrajlı filmlər festivalında iştirak da nəzərdə tutulur. Oktybrın 28-də iranlı qonaqların iştirakı ilə Əhmədli qəsəbəsindəki Xəzər meydanında İmam Rzanın mövludu ilə əlaqədar bayram mərasimi keçiriləcək.   

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir