Modern.az

Dam.az saytının yaratdığı jurnalist şəbəkəsi böyüyür

Dam.az saytının yaratdığı jurnalist şəbəkəsi böyüyür

30 Dekabr 2010, 13:23


Dünyanın müxtəlif ölkələrində işləyən azərbaycanlı jurnalistlər. İlk dəfə olaraq onları Dam.az (Dünya Azərbaycan Mediası) saytı bir araya gətirdi. 
“Yeni Nəsil” Jurnalistlər Birliyinin təşəbbüsü ilə yaradılan bu saytın əsas məqsədi dünya ölkələrinin media qurumlarında səlahiyyət sahibi olan azərbaycanlı jurnalistlərin vahid kommunikasiya şəbəkəsində birləşdirilməsi idi. Nəzərdə tutulmuşdu ki, bu şəbəkənin köməyilə xaricdə yaşayan azərbaycanlı jurnalistlər Azərbaycanın milli maraqlarına xidmət edən vəzifələrin həyata keçirilməsi istiqamətində öz fəaliyyətlərini yönləndirəcəklər.  

Dam.az saytının yaratdığı jurnalist şəbəkəsinin özəyini dünya azərbaycanlılarının qurduğu, yaxud mühüm mövqe tutduqları media vasitələri təşkil edir. Onlar sırasında müstəqil jurnalist kimi fəaliyyət göstərənləri  də az deyil. Saytın yaradılmasına hazırlıq prosesi zamanı dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan media vasitələrinin müəyyənləşdirilib və onların vahid xəritəsi yaradılıb. İlk olaraq xaricdəki azərbaycanlı media mənsubları və jurnalistlər barədə Diaspora ilə iş üzrə komitənin, jurnalist təşkilatlarının malik olduqları informasiya toplanılıb. Nəticədə 450 ünvanlıq bir siyahı alınıb. Lakin sonradan bəlli oldu ki, bu ünvanların 55 faizi artıq mövcud deyil.

Hazırda Dam.az saytında “Xaricdəki azərbaycanlı media mənsublarının və jurnalistlərin informasiya bankı” yaradılıb. Bu məlumatlara çıxmaq üçün Dam.az sayındakı xəritədə istənilən ölkənin üzərinə basmaq lazımdır. Burada 27 ölkədə azərbaycanlılar tərəfindən idarə olunan 64 KİV və  40 fəal azərbaycanlı jurnalist barədə informasiya daxil edilib. Ümumilikdə isə şəbəkəyə 300-ə yaxın media mənsubunu məlumatları daxil edilib. Xəritədəki məlumatlar daim yenilənir.

Dam.az-ın şəbəkəsində birləşən azərbaycanlı jurnalistlər hər ay saytın təşkil etdiyi forumların mövzusu ilə bağlı müzakirələr aparırlar. Sayta dünyada yaşayan azərbaycanlılar üçün maraqlı ola biləcək informasiyalar yerləşdirilir. Bundan əlavə, hər həftə tanınmış ictimai, siyasi xadim saytın qonağı olur və onlardan alınan video- müsahibələr sayta yerləşdirilir. Bu vaxta qədər millət vəkili Rasim Musabəyov, siyasi xadim Eldar Namazov, politoloq Hikmət Hacızadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyevlə video müsahibələr qoyulub. Avrointeqrasiya məsələlərə ---- Vahid Qazi, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İsveçdə  yaşayan soydaşımız, tanınmış rejissor  Rahim Sadıqbəyli ilə video müsahibələr sayt izləyiciləri tərəfindən daha çox maraqla qarşılanıb. Dam.az-da həmçinin azərbaycanlı jurnalistlərin xaricə səfərlərinə dair fotomateriallar yenilənir. Burada həmçinin KİV haqqında qanunvericilik aktları bazası ilə də tanış olmaq mümkündür.

Qeyd edək ki, saytın yaradılması və saxlanması QHT-lərə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.  Şura tərəfindən maliyyələşdirilən “Dünya Azərbaycan mediası” ümumdünya informasiya şəbəkəsinin genişləndirilməsi” layihəsinin müddəti başa çatsa da, “Yeni Nəsil” Jurnalistlər Birliyi şəbəkənin uğurlu fəaliyyətini davam etdirmək məqsədilə tədbirlər həyata keçirəcək.

Fərəh Sabirqızı

“Dünya Azərbaycan mediası” ümumdünya informasiya şəbəkəsinin genişləndirilməsi”  layihəsinin rəhbəri, Dam.az saytının administratoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir