Modern.az

“Heydər Əliyev” kitabı Yunanıstanda - FOTOLAR

“Heydər Əliyev” kitabı Yunanıstanda - FOTOLAR

25 Aprel 2016, 17:08



Ötən  həftə Yunanstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu "Görkəmli adamların həyatı" (JZL) seriyasından “Heydər Əliyev” kitabının yunan dilinə nəşr olunmuş variantının təntənəli şəkildə  təqdimatı   keçirilib.   

Qeyd  edək ki, kitabın  təqdimat mərasiminin keçirildiyi dövlət sarayının qarşısında hər il 24 apreldə qondarma erməni soyqrımının ildönümünü qeyd edən  Afinadakı  erməni diasporunun nümayəndələri  bir neçə dəqiqə hay-küy salaraq etiraz aksiyası  keçirməyə  cəhd etmiş və qısa müddətdən sonra  oradan uzaqlaşdırılmışdılar.

"Heydər Əliyev: Lider və onun dövrü" kitabının təqdimat  mərasimdə  isə 300-dən yuxarı Yunanıstan ictimaiyyətinin görkəmli adamları,  ictimai xadimləri, parlament deputatları və ölkədəki diplomatik korpuslarin nümayəndələri iştirak  ediblər.   

2006-cı ildə işıq üzü görən  kitabı  Azərbaycanın Yunanıstandakı səfirliyinin və Azərbaycan – Yunanstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Dimitris Patelis və Panayota Materi (ər-arvad) tərəfindən rus dilindən yunan dilinə tərcümə edilib. 

“Heydər Əliyev: Öndər və onun dövrü” adı ilə  Afinanın “Enalios” Nəşriyyat Evi tərəfindən  nəfis şəkildə  və  yüksək  poliqrfik  tərtibatla  çap olunmuş kitabın  tədimat  mərasimini  giriş sözü ilə Azərbaycan Respublikasının  Yunanstandakı səfiri  Rəhman  Mustafayev açıb. O, qeyd edib ki,  “Heydər Əliyev – lider və onun zamanı” adlı kitabın  yunan dilində  araya-ərsəyə gəlməsi  iki xalq arasında  dosluğun nümunəsi  olmaqla  yanaşı həm də   ölkəmizin sülhsevər siyasətinin xarici ölkələrdə təbliğ etdirilməsidir.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan- Yunanıstan  parlamentlərarası  dostluq qrupunun rəhbəri  Hadi Rəcəbli, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək  təqdim olunan  kitabın  məna yükü və  məziyyətləri haqqında danışıblar. 

Azərbaycandan iştirak edən nümayəndələrimiz kitabın yunan  dilində  nəşrini  Heydər Əliyevin  anadan olmasının  93 illiyinə böyük töhfə adlandırıb, görkəmli siyasi xadimin  rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından ətraflı söhbət açıblar.

Kitabın  müəllifi, deputatHüseynbala Mirələmov  çıxış edərək təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə,  Azərbaycanın Yunanstandakı səfirinə, Azərbaycan - Yunanıstan  parlamentlərarası  dostluq qrupunun rəhbəri  Hadi Rəcəbliyə, Afinanın “Enalios” Nəşriyyat Evinin əməkdaşlarına dərin minnətdarlığını və hörmətini  bildirib. O, qeyd edib ki, dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı  və   təkrarsızlığı ilə diqqəti  daim cəlb edəcək.

Afinada  keçirilən  təqdmat  mərasimində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib,  daha  sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının gənc  ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.

Yeri gəlmişkən, qeyd edək ki,  müəllifin   "Görkəmli adamların həyatı" seriyasından  olan “Heydər Əliyev” kitabı dünyanın  38  dilinə tərcümə edilib. Heyər Əliyevin  ruhu qarşısında azca da olsa, öz vətəndaşlıq borcunu  yerinə yetirməyə  çalışan H. Mirələmov  “Heydər Əliyev” kitabından başqa “Amalın işığında”, “Həqiqət” , “Zəfər yolu”, “Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş var”   kitablarımın da müəllifidir.

Prezident  haqqında “İlham Əliyev” və  Azərbaycanın görkəmli oftalmoloq  alimi, akademik Zərifə Əliyeva haqqında qələmə aldığı “Zərifə Əliyeva” monoqrafiyaları da Moskvada “JZL” seriyasında nəşr olunub.

Çoxsaylı  yunan oxucularına avtoqraf verən müəllif bildirir ki, "Heydər Əliyev: Lider və onun dövrü" kitabı Yunanstanın ali  məktəblərinə, dövlət xadimlərinə, parlament deputatlarına hədiyyə  olunacaq.

   









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?