Modern.az

Internet Explorer brauzeri ilk dəfə liderliyi əldən verib

Internet Explorer brauzeri ilk dəfə liderliyi əldən verib

İqtisadiyyat

6 Yanvar 2011, 16:09

Avropanın internet bazarında Mozilla liderdir.  “StatCounter” statistika mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, avropada internet istifadəçiləri son zamanlar daha çox Mozilla şirkətinin Firefox brauzerindən istifadə edirlər. Firefox-un 2010-cu  ilin dekabr ayına olan gösrəticisi 38.1 % təşkil edib.Bu siyahıda ikinci yeri 37.5 % -lik nəticə ilə Microsoft korporasiyasının :nternet Explorer brauzeri tutur.

Google korporasiyasının Chrome brauzeri isə öz növbəsində Avropa bazarındakı iştirakını üç dəfə artıraraq üçüncu pilləyə yüksəlib. Bu məhsulun müvafiq payı 14,6 faiz təşkil edir. 2009-cu ilin dekabr ayında isə bu göstərici 5,06 faizə bərabər olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı