Modern.az

YAP-çı deputat 2010-cu ilin dövlət büdcəsinin gəlir hissəsinə görə pessimistdir

 YAP-çı deputat 2010-cu ilin dövlət büdcəsinin gəlir hissəsinə görə pessimistdir

26 Oktyabr 2009, 14:24

Azərbaycan Respublikasının 2010-cu il üşün dövlət büdcəsi zərfi artıq parlamentdədir. Mütəxəssislər tərəfindən müzakirə olunan bu sənəd barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov da mövqeyini açıqlayıb.

Deputat Modern.az saytına bildirib ki, büdcə hazırlanarkən dünyada gedən proseslər nəzərə alınıb və hökumətin bütün imkanları səfərbər edilib. Onun sözlərinə görə, bu sənədə konservativ yanaşma mövcuddur.

Millət vəkili büdcədə neftin barelinin qiymətinin 45 ABŞ dollar götürülməsini isə aşağıdakı kimi şərh edib: “Neftin qiyməti ilə bağlı ehtiyatlı mövqe tutulub. Bunu alqışlamaq lazımdır. Ancaq neftin barelinin qiymətinin 45 ABŞ dolları həcmində nəzərdə tutulması, məncə, çox aşağı rəqəmdir. Bilirsiniz, dünyanın taleyini həll edən böyük səkkizliyin toplantılarından belə qənaətə gəlmək olar ki, 2010-cu ildə neftin barelinin qiyməti təxminən 70 dollardan aşağı olmayacaq. Ona görə də bizdə bu məsələdə ehtiyatlılıq nəzərə alınmaqla bir barel ən azı 60 dollar götürülməli idi. Burada bu qədər ehtiyatlılığın bir səbəbi büdcənin nefdən asılılığıdırsa, başqa səbəb Azərbaycanın Qarabağ, qaçqın-köçkün problemidir. Ancaq istənilən halda bu rəqəm aşağıdır”. 

Deputat büdcənin gəlir hissəsinə rəğmən pessimist olduğunu da dilə gətirib. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir