Modern.az

Bu il 261 azərbaycanlı oğlan əcnəbi qızla evlənib

Bu il 261 azərbaycanlı oğlan əcnəbi qızla evlənib

2 May 2016, 11:23

“2016-cı ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 14, 2 min nikaha daxilolma halı qeydə alınıb”.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, onlardan 261-i Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaşı olan qadınlar arasında, 219-u isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Şöbə müdiri qeyd edib ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 68,8 min nikaha daxiolma halı qeydə alınıb:

“Onlardan 1291-i Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaşı olan kişilər arasında, 1281-i isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır”.

Qurum rəsmisi eyni zamanda bildirib ki, Komitə sözügedən nikahlardan doğulan uşaqların sayı, eləcə də əcnəbi vətəndaşlarla qeydə alınan boşanmalara dair statistik məlumatlara malik deyil.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir