Modern.az

Gələn il büdcədən KİV-in inkişafına 2 milyon, QHT-lərin inkişafına 2,8 milyon manat ayrılacaq

Gələn il büdcədən KİV-in inkişafına 2 milyon, QHT-lərin inkişafına 2,8 milyon manat ayrılacaq

27 Oktyabr 2009, 15:13

Modern.az Azərbaycan Respublikasinın 2010-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Qeyri-Hökumət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirib.

Belə ki, 2010-cu ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsindən 2.8 milyon manat vəsait nəzərdə tutulub. Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq, həmçinin KİV-in dövlət büdcəsindən maliyyələşdirilməsi və maliyyə yardımının verilməsi mexanizmini təkmilləşdirmək məqsədilə dövlət büdcəsindən ayrıca sətirlə maliyyə yardımı alan qəzet və jurnallara 2010-cu ildə dövlət büdcəsindən maliyyə yardımının Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılacaq. Xatırladaq ki, 2009-cu ildə QHT-lərin layihələri üçün büdcədən 2 milyon manat, KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna isə 1 milyon 300 min manat vəsait ayrılmışdı.

Ötən illə müqayisə onu deməyə əsas verir ki, gələn il həm qeyri-hökumət təşkilatlarının, həm də Kütləvi İnformasiya Vasitələrinin inkişafı məqsədilə dövlət tərəfindəna ayrılacaq vəsait artacaq.

 

"Modern.az"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir