Modern.az

ATƏT Azərbaycan və Ermənistan prezidentlərini Vyanaya çağırdı

ATƏT Azərbaycan və Ermənistan prezidentlərini Vyanaya çağırdı

12 May 2016, 12:21


ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Vyanada görüşməsini təklif edib.

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib.

Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andrie görüşün qısa müddətdə keçirilməsini təklif ediblər.

Onlar ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin də İlham Əliyev və Serj Sarkisyan arasında görüşməsinə yardım etməyə hazır olduqlarını bildirib.

“Zorakılıq davam edərsə, danışıqlarda heç bir uğur ola bilməz, danışıqlar olmadan isə heç bir sülh ola bilməz”.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər