Mədəniyyət və Turizm Nazirliyində vakant vəzifələrin tutulması məqsədilə oktyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsahibə keçirilib. Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə müsahibədən müvəffəqiyyətlə keçən Sevda Məlikova İncəsənət şöbəsinin musiqi sektorunun müdiri, Vasif Eyvazzadə Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, Mehriban Hüseynova Kadrlar şöbəsinin baş məsləhətçisi, Fazil Məmmədov Mədəni irs şöbəsinin bərpa-layihələndirmə və ekspertiza sektorunun baş məsləhətçisi, Türkan İsmayılova Analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə təyin olunublar.