Modern.az

Rəngli və ağ-qara fotolar: indi ikinciyə tələbat varmı? (fotomüxbirlərlə sorğu)

Rəngli və ağ-qara fotolar: indi ikinciyə tələbat varmı? (fotomüxbirlərlə sorğu)

Media

12 Yanvar 2011, 17:16

Təxminən 20 il öncə rəngli şəkillərə nadir hallarda rast gəlinirdi. İndi isə əksinə, ağ-qara şəklə nadir halda rast gəlinir. Bəzi xarici ölkələrdə insanlar rəngli şəkillərdən imtina edərək, ağ-qara şəkillərə üstünlük verməyə başlayıblar. Bəs, bizdə vəziyyət nedcədir? İnsanlar ağ-qara şəkilər çəkdirmək istəyirlərmi?
Modern.az-ın əməkdaşı bununla bağlı ayrı-ayrı qəzet və agentliklərin fotomüxbirləri arasında sorğu keçirib.

AzərTAc-ın Foto-informasiya şöbəsinin baş redaktoru Vüqar Əmrullayev bildirib ki, indi tam şəkildə demək olmaz ki, ağ-qara şəkillərdən istifadə olunmur: “Lazım olanda istifadə olunur. Deyərdim ki, ağ-qara şəkllərə tələbat nə çox, nə də azdır, sadəcə, orta səviyyədədir”.

APA-nın fotomüxbiri Zöhrab Zeynalov
isə deyib ki, adi insanlar arasında ağ-qara şəkili istəyən yoxdur: “Ağ-qara şəkillər daha çox sərgilərdə nümayiş etdirilmək üçün istifadə olunur, bir də hansısa mənzərənin təsvirində... Konkret  mənim özümdən ağ-qara şəkil istəyən olmayıb”.

“525-ci qəzet” in fotomüxbiri İsgəndər Həsənovun sözlərinə görə, ağ-qara şəkilə təlabat yoxdur: “İndinin özündə hamı rəngli şəklə qaçır. Rəngli printerlər, rəqəmli fotoaparatlar çıxandan sonra rəngli şəkillərə daha çox üstünlük verilir. Mənim özümdən isə ağ-qara şəkili istəyən olmayıb. Heç Azərbaycanda ağ-qara şəkil çıxaran fotostudiya da qalmayıb”.

“Trend” İnformasiya Agentliyinin fotoqrafı Ramiz
də bildirib ki, indi ağ-qara şəkillərə təlabat yoxdur: “Bütün qəzetlərdə, informasiya agentliklərində rəngli fotolardan istifadə olunduğundan rəqəmli fotoaparartların çəkdiyi şəkillərə üstünlük verilir. Azərbaycanda ağ-qara şəkillərdn baş çıxaranlar çox azdır. Ağ-qara şəkillərə daha çox üstünlüyü xaricilər verir. Məndən isə ümumiyyətlə ağ-qara şəkil istəyən olmayıb”.

“Azərbaycan Fotoqraflar Birliyinin” İdarə Heyətinin üzvü Mirnayib Həsənoğlu artıq Azərbaycanda ağ-qara fotoqrafiyadan istifadə olunmadığını qeyd edib: “Hamı rəngli vizual görüntüyə daha çox üstünlük verdiyi üçün ağ-qara şəkilə tələbat yoxdur. Azərbaycanda ağ-qara şəkil çıxaran fotostudiya da yoxdur. Rəngli çəkilən şəkilləri “Fotoşop” proqramı ilə ağ-qara formasına keçirmək olar. Mənim özümdən bir il ərzində cəmi iki nəfər ağ-qara şəkil istəyib. Özümün isə çəkdiyim ağ-qara fotolarım var.

Mail Ağxanov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir