Modern.az

Türkiyəli deputatların Azərbaycana səfəri başlanır

Türkiyəli deputatların Azərbaycana səfəri başlanır

27 Oktyabr 2009, 11:28

Oktyabrın 27-də Türkiyə Böyük Millət Məclisi xarici əlaqələr komissiyasının sədri Murat Mercanın rəhbərliyi altında türkiyəli deputatların Azərbaycana rəsmi səfəri başlanır.
Modern.az xəbər verir ki, M.Mərcanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov və Prezident İlham Əliyevlə görüşəcək.
Müşahidəçilər bu səfəri Türkiyə ilə Azərbaycan arasında ötən günlərdə yaşanan "bayraq böhranının" ardından münasibətlərdəki soyuqluğun aradan qaldırılması üçün səy kimi qiymətləndirilər. Həmçinin qeyd olunur ki, Ermənistan və Türkiyə arasında imzalanmış Sürix protokolları tezliklə Türkiyə parlamentində müzakirəyə çıxarılacaq. Murat Mercanın səfəri əsnasında bu məsələnin müzakirə olunacağı ehtimalı böyükdür. Səfər oktyabrın 30-dək davam edəcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı