Modern.az

İranda tələbə qızlara dar şalvar geyinmək qadağan edilib

İranda tələbə qızlara dar şalvar geyinmək qadağan edilib

İqtisadiyyat

12 Yanvar 2011, 18:50

İran hökuməti universitet tələbələrinin geyimləri ilə  bağlı bəzi qadağalar tətbiq edib. Modern.az İran mətbuatına istinadla xəbər verir ki,  yeni qərara əsasən tələbə qızların dar şalvar, dar gödəkcə və eləcə də parlaq rəngli cəlbedici paltarlar geyinməsi qadağan olunub. Bundan başqa, qadınların dırnaq uzatması və bədənlərinə müxtəlif döymələr vurdurması da qanuna əsasən yolverilməzdir.

Yeni qadağalar oğlanlardan da yan keçməyib. Bunda sonra iranlı oğlanlara saç rəngləmək, qaş aldırmaq, dar paltarlar və qısa maykalar geyinməklə küçələrdə gəzmək qadağan edilib.

Yeni qərarla bağlı çıxış edən bəzi iranlı din xadimləri bildiriblər ki, onlar İslam qayda-qanunları çərçivəsində yaşayırlar. “Ona görə, qadınların geyimlər insanları cəlb etməməlidir”.

Xatırladaq ki, 1979-cu ildə baş verən çevrilişdən sonra iranlı qadınlar geyimlərlə bağlı bir çox problemlər yaşayıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir