Modern.az

Əflatun Amaşov mətbuatla bağlı qanunlara dəyişiklik İSTƏDİ

Əflatun Amaşov mətbuatla bağlı qanunlara dəyişiklik İSTƏDİ

25 May 2016, 13:43

Deputat, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söz və mətbuat azadlığı ilə bağlı qanunlara dəyişikliklərin parlamentin İnsan hüquqları komitəsində müzakirə olunması təklifi ilə çıxış edib.

Modern.az-ın xəbərinə görə, millət vəkili məlum təklifini adıçəkilən komitənin mayın 25-də keçirilən iclasında dilə gətirib

O, deyib ki, söz, mətbuat azadlığı, informasiya, məlumat əldə etmə ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi yönündə parlamentin İnsan hüquqları komitəsinin ayrıca iclaslarının keçirilməsinə, dinləmələrin təşkilinə ehtiyac var:

"Çünki bu tipli məsələr məhz bu komitədə müzakirə olunmalıdır".

Parlament sədrinin müavini, İnsan hüquqları komitənin sədri Bahar Muradova da Əflatin Amaşovun təkilifini dəstəkləyib.

Komitə sədri söz, mətbuat azadlığı və insan hüquq və azadlıqları ilə bağlı məsələləri əhatə edən qanunvericilik aktlarına dəyişikliklərin, yeni qanun layihələrinin İnsan hüquqları komitəsində də müzakirə olunduğunu və onlara baxıldığını xatırladıb.

"Əgər bundan sonra da bu yöndə məsələlər bizim komitəyə ünvanlanacaqsa, təbii ki, onlara da baxılacaq, müzakirələrdən keçiriləcək. Bu məsələdə heçbir problem görmürəm" – deyə Bahar Muradova bildirib.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir