Modern.az

Nazirlik vergi dərəcəsinin artırılması məsələsinə aydınlıq gətirdi

Nazirlik vergi dərəcəsinin artırılması məsələsinə aydınlıq gətirdi

8 İyun 2016, 12:14

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Vergilər Nazirliyinin fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması barədə məlumatlar yayılıb.

 

Vergilər Nazirliyi bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Qurumun Analitik-informasiya şöbəsindən Modern.az saytına bildirilib ki, bu məqsədilə guya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etdiyinə dair xəbərlər həqiqəti əks etdirmir.


Vergilər Nazirliyi bildirir ki, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz dərəcə ilə vergi tutulur.

 

Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər