Modern.az

Redaksiyalardan mənzil almaq üçün hansı jurnalistlər müraciət edib?

Redaksiyalardan mənzil almaq üçün hansı jurnalistlər müraciət edib?

14 Yanvar 2011, 12:35


Jurnalistlər üçün tililəcək hündürmərtəbəli binada kimlərə mənzil veriləcəyi, bunun hansı meyarlarla müəyənləşdiriləcəyi hələ ki açıq qalır. Buna baxmayaraq kirayədə yaşayan, mənzilsiz media mənsubları bu məsələdən yararlanacaqlarına ümidlidirlər. Həm də hamıda bir narahatlıq var: ədalət prinsipi gözləniləcəkmi?
Bəs, görəsən hansısa redaksiya bu məsələ ilə bağlı hansısa ünvana, o cümlədən KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna (KİV DF) müracət edibmi?

Nigar Almanqızı: “Mənzil almaq üçün kollektiv şəkildə müraciət edəcəyik”

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı bildirib ki, dünən ev məsələsi ilə bağlı kollektivlə görüş keçirib: “Jurnalistlərə mənzillərin hansı meyarlar əsasında veriləcəyi hələ mövcud olmadığı üçün bizdən müraciət edən olmayıb. Onu deyə bilərərm ki, əməkdaşlarımızın çoxu kirayədə yaşayır. Ona görə də mənzil almaq üçün kollektiv şəkilkdə müraciət eləmək fikrindəyik”.

İsmayıl Hacıev: “Bu barədə məlumatım yoxdur”

“İki sahil” qəzetinin  baş redaktor müavini İsmayıl Hacıyev bu məsələ ilə bağlı məlumatının olmadığını bildirib: “Bizim qəzetdən nə KİV DF-yə, nə də Prezident Administrasiyasına mənzil problemi ilə bağlı müraciət edilməyib. Əgər belə bir müraciət olubsa, bundan məlumatım yoxdur”.

Şahin Əliyev: “Bəzi əməkdaşlarımız ev almaq üçün gecə-gündüz çalışırlar”

“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev qeyd edib ki, onların bir çox əməkdaşaları dəridən-dabıqdan çıxırlar ki, mənzil alsınlar: “Bununla bağlı hazırlıq görən kolleqalarımız  var. Parlament müxbirimiz Elməddin Muradlı, redaktor Pünhan Əfəndiyev bildirirlər ki, mütləq ev almalıdırlar Xanımlardan da maraqlananlar çoxdur. Mövcud məsələ ilə bağlı meyarların olmaması hələki onları bir qədər sakitləşdirib”.

Qalib İbrahimoğlu: “Bizim əməkdaşlarımızın da ev problemi var”

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu “əməkdaşlarımızın mənzil problemi olduğu üçün onlar da müraciət etmək fikrindədirlər” deyə sualımızı cavablandırıb: “Bü gun bir çoxları kimi bizim əməkdaşlarımızın da ev problemi var. Biz də kriteriyaları gözləyirik”.

Hikmət Babaoğlu: “Hələ tezdir, vaxtı çatanda baxarıq”

“Yeni Azərbaycan” qəzetinin baş redakrotu Hikmət Babaoğlu  hesab edir ki, mənzil üçün müraciət etmək hələ tezdir: “Vaxtı çatanda əməkdaşlarımızdan müraciət edənlər olacaq”.

Natiq Məmmədli: “Müraciət eləməyə hazırlaşmırıq”

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli isə bildirib ki, onlardan heç kim KİV DF-yə müraciət etməyib: “Müraciət eləməyə də hazırlaşmırıq. Çünki hələ ortada heç bir şey yoxdur”.
N.Məmmədli  atılan addımları müsbət qiymətləndirib: “Çünki bizim jurnalistlərimiz də ev problemini yaşayırlar. Səhv etmirəmsə, jurnalistlər üçün bina Bibiheybət tərəfdə tikiləcək. Bildiyimiz elə budur. Ortada başqa heç nə yoxdur”.
Baş redaktor əlavə edib ki, yanvar da keçib, dekabr ayında təməli qoyulmalı olan binadan bir xəbər çıxmır: “Bu layihə real olarsa, yəqin ki, biz də müraciət edərik”.

Qənimət Zahid: “Kimin evə ehtiyacı var, o müraciət edəcək”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib ki, KİV DF-də ərizə qəbulu başlamayıb: “Əlbəttə, bizdən də ev almaq istəyənlər var. Açığı kollektivdə biz bu məsələni müzakirə etməmişik. Güman edirəm ki, olmayacaq da. İlkin qayda belə idi ki, kollektiv şəklində təqdim edilsin, daha sonra bu qayda dəyişdirildi. Elan elədilər ki, jurnalistlər fədri qaydada müraciət etsinlər. Kimin evə ehtiyacı olacaq o, müraciət edəcək”.

Vüsalə Mahirqızı: “Kollektiv razılaşarsa, bir neçə şəxsin namizədliyini verəcəyik”

APA-nın baş redaktoru Vüsalə Mahirqızı sualımıza cavabında bildirib ki, agentlikdə mənzilə ehtiyacı olan jurnalistlər çoxdur: “Biz kollektivlə razılaşaraq bir neçə şəxsin namizədliyini verəcəyik. Hansı ki, onların mənzilə hamıdan çox ehtiyacı var.
Düşünürəm bu məsələnin müzakirəsi hələ tezdir. Çünki qarşıda binanın tikintisi və başqa işlər var. Hər halda, atılan addımlar jurnalistlərin qismən də olsa ev problemini həll edəcək”.

“Bizə hələ müraciət edilməyib”

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan Modern.az saytına bildiriblər ki, mənzil problemləri ilə bağlı indiyədək heç bir jurnalist onlara müraciət etməyib. “Axı hələ meyarlar müəyyən edilməyib və sənədlərin qəbulu üçün rəsmi elan yoxdur.
Yaxın günlərdə jurnalistlərin mənzil məsələsi ilə bağlı rəsmi qərar qəbul edildikdən sonra jurnalistlər şərtlərə uyğun olaraq müraciət edə biləcəklər”-deyə Fonddan qeyd edilib.
Fonddan onu da bildiriblər ki, qurumun icraçı direktoru Vüqar Səfərli hələki mənzil məsələsi ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırmaq istəmir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!