Modern.az

Deputatlar Əbu-Dabiyə gedirlər

Deputatlar Əbu-Dabiyə gedirlər

Parlament

14 Yanvar 2011, 16:36

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Şurasının 13-cü sesiyası və 2-ci fövqəladə konfransı 2011-ci il 16-19 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək.

Modern.az-ın məlumatına görə, sesiyada və konfransda Azərbaycan Parlamentini Siyasi və İqtisadi məsələlər üzrə İKT Daimi Komissiyasının üzvü Sabir Rüstəmxanlı və İKT İcraiyyə Komitəsinin üzvü Gövhər Baxşəliyeva təmsil edəcəklər.

Sesiyanın və Konfransın gündəliyinə İslam dünyasında mövcud olan problemlərin müzakirəsi daxil edilib.

Siyasi Komitədə isə Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə münasibət bildirilməsi nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi