Modern.az

İsmayıl Ömərov “Euronews” kanalının rəhəri ilə görüşüb

İsmayıl Ömərov “Euronews” kanalının rəhəri ilə görüşüb

Mədəni̇yyət

14 Yanvar 2011, 21:46



Bakıda səfərdə olan “Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın Baş İcraçı direktoru Filip Kayla İctimai Televiziya və Radio Yayımları Şirkətində olub.
Bu barədə Modern.az saytına İTV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib.

İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşdə şirkətlərin quruluşu, idarəetmə prinsipləri barədə fikir mübadiləsi aparılıb. Şirkətlərarası tanışlıq xarakterli görüşdə İctimai Televiziyanın aparıcı əməkdaşları haqqında qonaqlara məlumat verilib. Qonaqlar İctimai Teleradionun studiyalarını gəzib, şirkətin maddi-texniki bazası, həmçinin heyətin beynəlxalq əməkdaşlıqda peşəkar fəaliyyəti ilə tanış olublar.

İki günlük səfər çərçivəsində Bakı ilə yaxından tanış olan “Euronews” telekanalının rəhbərliyi  Tarix muzeyinə də baş çəkib. Pyer Luci Malezani və Filip Kaylaya Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə məlumat verilib. Azərbaycanın qədim yazılı abidəsi və kitabları  qonaqlarda daha çox maraq doğurub. Muzeydəki XX əsrin əvvəllərinə aid Azərbaycan xəritəsi qonaqların diqqətini xüsusilə çəkib. Onlar Azərbaycan ərazilərinin xeyli hissəsinin Ermənistana birləşdirilməsinin şahidi olublar. Və Azərbaycanın tarixi torpağı olan Zəngəzurun Ermənistanın tərkibinə birləşdirilməsi prosesi ilə də maraqlanıblar.

Pyer Luici Malezani və Filip Kayla muzeyin xatirə kitabına ürək sözlərini yazıb. İlk dəfə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası zamanı Bakıya səfər etdiyini deyən Pyer Luici Malezani Azərbaycanın onda böyük təəssüratlar yaratdığını deyib.

“Euronews” telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla öz gözəlliyi, müasirliyi ilə seçilən Bakının böyük Avropanın bir hissəsi olduğunu bildirib. Qonaqlar Bakıya yenidən qayıdıb ölkəmizlə daha yaxından tanış olmaq istədiklərini bildiriblər.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir